header

 Ərbəinə gedən zəvvarlara Qum şəhərində gecələmək üçün şərait yaradılıb

İranın müqəddəs Qum şəhərində Ərbəin ilə əlaqədar Kərbəlaya gedən zəvvarların məskunlaşması üçün pulsuz şərait yaradılıb.

Qum şəhərinin “ Canbazan” meydanında yerləşən Qum Musallasında (Qum şəhərinin Cümə namazı məscidi) zəvvarlar Səfər ayının 25-dək (Noyabr ayının 14-dək) pulsuz gecələyə bilər. Onların orada qalması üçün bütün şərait yaradılıb. 

İran KİV-lərinin məlumatına görə, həçinin Qum şəhərinin müxtəlif məscid və İmamzadələrində zəvvarların məskunlaşdırılması üçün lazimi infrastruktur tədarük görülüb. 

Zəvvarlara 24 saat xidmət göstərilir. Onların Həzrət Məsumənin (s.ə) məqbərəsini ziyarət etmək üçün gediş-gəlişi təmin edilib. Tibbi xidmətlər göstərilir və müxtəlif mədəni proqramlar həyata keçirilir. 

Statistikaya əsasən ötən il Ərbəin günlərində Qum şəhərinə 67 min zəvvar səfər edib ki, onların 12 min nəfəri digər ölkələrin vətəndaşı olub. Cari ildə 120 min zəvvarın Qum şəhərinə səfər edəcəyi proqnozlaşdırılır. 
Həzrət İmam Museyi-Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) məqbərəsi Qum şəhərinin mərkəzində yerləşir./maide/

Qum Musallasında məskunlaşmaq üçün zəvvarlar aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərlər.


+989905566080
+989127515046
İranın müqəddəs Qum şəhərində Ərbəin ilə əlaqədar Kərbəlaya gedən zəvvarların məskunlaşması üçün pulsuz şərait yaradılıb.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-02-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap