Sarkisyan: Moskva ilə 100 mln. dollar məbləğində müdafiə krediti imzalamışıq
Posted on : qafqaz 11/01/2017
Sarkisyan: Moskva ilə 100 mln. dollar məbləğində müdafiə krediti imzalamışıq
FaktXəbər-in verdiyi məlumata görə, Rusiya Ermənistana yeni imzalanmış kredit sazişi əsasında 100 milyon dollarlıq silah verəcək. Bu barədə ictimaiyyətə Ermənistan prezidenti Serj Sarkisyan məlumat verib. O, bildirib ki, Moskva Yerevana yeni silahları kredit sazişinin gerçəkləşdirilməsinə bütün dövlətlərarası razılaşmaların başa çatmasından sonra yollamalıdır.
"Bu ilin sonuna qədər əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə yeni təchizat gözləyirik və ilin sonuna qədər bütün məsələlər ilə bağlı müqavilə bağlayacağıq",-deyə Sarkisyan əlavə edib.
Qeyd edək ki, 2015-ci ilin iyun ayında Rusiyanın Ermənistana 200 milyon dolar məbləğində ixracat kreditinin ayrılması barədə saziş imzalanıb. Həmin saziş çərçivəsində Rusiya istehsalı olan silah-sursatın alışı nəzərdə tutulub.