Əliyev və Putin Tehranda İnqilab Rəhbəri ilə görüşəcəklər
Posted on : iran 11/01/2017
İran İslam Respublikası xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Azərbaycan və Rusiya prezidentlərinin bu gün, günortadan sonra ayrı-ayrılıqda İnqilab Rəhbəri ilə görüşəcəklərini deyib.
İbrahim Rəhimpur İRİB-yə verdiyi müsahibədə Azərbaycan və Rusiya prezidentlərinin Tehran səfərlərinin detallarını açıqlayaraq, deyib: İraq və Suriya olaylarındakı son dəyişikliklərin ardınca Tehranda mühüm və həssas məsələlərin araşdırılacağı gözlənilir.
Rəhimpur əlavə edib: İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü bu gün axşam İslam Ölkələri Başçılarının Sammit Zalında keçiriləcək. Prezidentlər üçtərəfli əməkdaşlıqlar habelə, regional və beynəlxalq olaylarla bağlı çıxış edib, öz baxışlarını açıqlayacaqlar.
Rəhimpur tranzit və yüklərin daşınması, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, elektrik enerjisi və turizm sahəsində əməkdaşlıqların edilməsi, terrorizm ilə birgə mübarizə kimi məsələlərin əsas müzakirə mövzuları olduğunu bildirib.
İran, Azərbaycan və Rusiya prezidentlərinin ilk üçtərəfli görüşü 2016-cı ilin avqustunda Bakıda keçirilmişdi.