Ayətullah Xameni: Sionist rejimlə mübarizədə Allahın vədi əzmkar zəfərdir
Posted on :
Təqlid mərcələrinin
11/01/2017
`Sionist İsrail rejimi ilə müxtəlif yollarla mübarizənin davam etdirilməsini məsləhət görürəm`
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Livanda keçirilən II Beynəlxalq Müqavimət Alimləri Konfransına göndərdiyi mesajında sionist İsrail rejimi ilə müxtəlif yollarla mübarizənin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Xameninin Müqavimət Alimləri Birliyi rəhbəri Şeyx Mahir Hammuda göndərdiyi məktubunda bildirilir : “Hörmətli konfrans iştirakçılarına və sizə salam olsun. Ağır və unudulmayan Fələstinin məsuliyyəti bütün İslam dünyasının üzərindədir. Heç şübhəsiz, elmi elitalar, din alimləri, siyasət adamları və İslam ölkələrinin rəsmiləri bu məsuliyyətin böyük hissəsini öz üzərilərində daşımaqdadırlar. Bu, müqaddəs və gözəl nəticəsi olacaq bir mübarizədir. Allahın vədi, bu mübarizədə əzmkar zəfərdir. Sizin keçirdiyiniz bu konfrans bu böyük və kütləvi hərəkatın bir parçasıdır. Allahdan sizin hamınız üçün tovfiq istəyirəm və bu böyük məsuliyyəti hiss edən hər bir kəsə təcavüzkar sionist rejimlə müxtəlif yollarla mübarizəni davam etdirməyi məsləhət görürəm.”
Qeyd edək ki, Müqavimət Alimlərinin II Beynəlxalq Konfransı Fələstin ilə əlaqədar olaraq noyabrın 1-i və 2-də Livan paytaxtı Beyrutda keçirilir.