header

 Hallovenə görə səsləri çıxmayan milli ünsürlərin Aşura “dərdi”

Yüz illərdir xalqımızın qanina və canına hopmuş, bütün dahilərimizin daima ehtiram bəslədiyi və hörmətini saxladığı müqəddəs Aşura günü gələr gəlməz özlərinə əl qatan “milli” ünsürlərə səslənmək yerinə düşərdi ki, Hallovenlə bağlı niyə səsiniz çıxmır?

Milli–mənəvi dəyərlərimiz və Qərbin iti caynaqları qarşı-qarşıya gəldikdə sapı özümüzdən olan baltaların sayəsində biz yenə uduzuruq. Oktyabr ayı Qərb dünyasında Halloven bayramı ilə yadda qalır. Halloven qədim kelt bayramıdır. Bunu bəziləri məhsul yığımının sona çatmasının qeyd olunması, bəziləri isə cadugərlik, ruh çağırma və şamanizmin qalıqları olduğunu söyləyirlər. Lakin bizim davamız nə bu bayramla, nə də ruh çağıranlarladır. Hər kəs öz milli adət-ənənələri və bayramları ilə Yer kürəsində azaddır. Bizim toxunacağımız nüans isə o qədər zərifdir ki, bizi həm gələcəyə, həm də özümüzə bağlayır. Yəqin ki, çoxlarınız unutmamısınız ki, Məhərrəm ayının onuncu günündə xalqın böyük coşqu və sevgi dolu izdihamla Aşura təziyyələrində iştirak etməsi bəzilərini çox ciddi şəkildə narahat etdi. Sözügedən izdihama, coşquya və paklıq dolu İmam Hüseyn(ə) sevgisinə heç bir söz tapa bilməyənlərin, ümid etdikləri məqam isə azyaşlı uşaqların həmin məclislərə aparılması idi. Valideynlər tənbeh olunurdu ki, öz dinini uşağa izah edir və bunu ailəsi ilə yaşayır. Bu gün isə əks tərəfdə tamamilə başqa bir mənzərə yaranıb: Azərbaycanlı uşaq müxtəlif kostyumlarla və siması hansısa rənglərin işğalı ilə Qərbin bayramını qeyd edir. Buradan iki sual meydana çıxır:

1. Qərbin bu qarışıq və əxlaqsızlıq vəd verən bayramı uşaqlarımıza nə verir?

2. Uşaqların Aşura təziyyələrinə aparılması və öz dini tanış olması niyə bəzi adamları narahat edir?

Bildiyimiz kimi son həftələrdə ölkədə aparılan təhlükəsizlik tədbirləri nəticəsində İŞİD-çilərlə bağlı bir neçə əməliyyat keçirilib. Ölkənin milli təhlükəsizliyinin qorunması təqdirəlayiq haldır. Lakin bu hadisə baş verənə qədərki dövr bizim yuxarıda sadaladıqlarımızla birbaşa əlaqədərdir. Sual oluna bilər necə?

Uşaq tərbiyəsi gələcəyin körpüsüdür. Bu gün onları necə bəsləyiriksə sabah qarşımıza elə bir gələcək çıxacaqdır. Bu gün şlyapasını qoyub, cadugər paltarı geyinən uşaq üçün beyin sərhəddi olmayacaq. Çünki ona səninki və ya mənimki izah olunmayıb. O yalnız yad ideologiyaların qəbuledicisi rolundadır. Ona xoş gələn hansısa adət o an öz həllini tapacaqdır. Bu gün keltin qədim bayramı ilə bəzənib gedir, sabah silahı ilə hansısa ideolgiyanın keşikçisidir. Çünki ona bir daha vurğulayırıq, “Bizim adətimiz deyil!” cümləsi izah olunmayıb. O azaddır. Onun tərbiyəsini gördüyü adamlar üçün milli və mənəvi dəyərlər Hallovenlə Novruzu yanaşı tutmaqdır. Orta məktəblərdə də bu bayramların kütləvi şəkildə qeyd olunması isə artıq sistemə müdaxilədir.

İndi bayaq qoyduğumuz iki sualı başqa cür qoyaq:

1. Qərbin bu qarışıq və əxlaqsızlıq vəd verən bayramı hansı nəticələri verəcək və bu bayramı qeyd etməklə kimlər nəyə nail olur?

2. İnsanın öz dinini övladına sevdirməsində nə qəbahət var və əgər o din yalnız sevgi və rəhm dinidirsə?

Sonda yüz illərdir xalqımızın qanina və canına hopmuş, bütün dahilərimizin daima ehtiram bəslədiyi və hörmətini saxladığı müqəddəs Aşura günü gələr gəlməz özlərinə əl qatan “milli” ünsürlərə səslənmək yerinə düşərdi ki, Hallovenlə bağlı niyə səsiniz çıxmır? Yəqin ki, bu yaxınlarda Milli Məclisin payız sessiyasında baxılacaq “Uşaqların dini mərasimlərə aparılmasını qadağan olunması” ilə bağlı qanunu hazırlayanlar bununla bağlı da ortalığa bir mövqe qoyacaqlar. Amma o qədər də sadəlövh deyilik ki, bunların belə bir ciddi atacağına inanaq. Lakin zaman-zaman Aşura dəyərlərləri ilə düşmənçilik edənlər tarixin dərin zibilliklərinə gömüldüyü kimi, məmləkətimizdə də bunun mütləq fomada şahidi olacağıq.

Xəyal Şükür

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10-31-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap