header

 XİN sözçüsü bəzi Azərbaycan deputatlarının anti-İran sözlərini tənqid edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası prezidentinin Tehrana səfəri ərəfəsində həmin ölkənin bəzi deputatlarının İrana qarşı sözlərini tənqid edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün özünün həftəlik brifinqində Rusiya və Azərbaycan Respublikası prezidentlərinin İrana səfərləri və üçtərəfli Tehran iclasının mehvərləri barədə danışıb. O, deyib: İlk iclas Bakıda keçirildi və çərşənbə günü ikinci iclas keçiriləcək. Bu iclasın kənarında ikitərəfli görüşlər də təşkil olunacaqdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi sözçüsünün dediklərinə əsasən, bu iclasın gündəmi olduqca genişdir və ikitərəfli, regional və beynəlxalq məsələlər, terrorizmlə mübarizə və bu sahədə daha artıq əməkdaşlıq haqda olan bir çox mövzuya şamil olacaqdır.

Qasemi belə qeyd edib: Biz çərşənbə günü səhər tezdən axşam çağınadək Tehranda bu qonaqlara ev sahibliyi edəcəyik. Müştərək iclas və rəsmilərin görüşləri barədə də proqramlaşdırmalar aparılıbdır.

O, daha sonra belə qeyd edib: Bu rəsmilərlə yanaşı, yüksək səviyyəli heyətlər də iştirak edəcəklər. Hər üç ölkə və regionun üzləşdiyi məsələlər toplusu barədə ciddi məşvərətlər aparmağımız üçün olduqca yaxşı fürsət yaranıbdır.

Qasemi Azərbaycan Respublikasında vəziyyətləri məlum olan bəzi deputatların İlham Əliyevin Tehran səfəri ərəfəsində İran İslam Respublikasına qarşı nalayiq sözlər söyləmələrini tənqid edərək, vurğulayıb: Bu deputatların rəftarı nalayiq bir hərəkətdir; onlar əsla yaxşı iş görmürlər. Amma hər halda parlamentdir və müxtəlif fikir və baxışlardır! Lakin bizim üçün Azərbaycan Respublikası hökumətinin rəftarı əsas götürülür. İran İslam Respublikası bəzi şəxslər və deputatların sərt hərəkətləri, rəftarları və çıxışlarını izləyir; bu kimi görüşlər və danışıqlarda mütləq Azərbaycan Respublikası hökumətinin nəzərinə çatdıraraq, bu cür davranışlarla bağlı gileyini Azərbaycan Respublikası hökumətinə ötürür.

Qaseminin Qafqaz ölkələrilə əlaqələrin kulminasiya nöqtəsinə çatdırılması üzrə daha artıq səyə işarə etdiyi bir halda, belə bir sual yaranır: Belə olan halda, Qarabağ münaqişəsinin nizamlanması üçün nə qədər təsirli ola bilib və ola bilər?

O, bildirib ki, SSRİ-nin dağılmasından sonra İran Qarabağ məsələsində vasitəçilik etməyə başlamış ilk ölkə olubdur. O, deyib: O zaman çox güclü müharibə və qanlı döyüşlər gedirdi və İran İslam Respublikası bir çox atəşkəslərdə təsirli olub və indiyə kimi bu savaşın şiddətini azaltmaq üçün vasitəçilik edə bilibdir. Ümid edirik ki, ortaqlıqlarımıza əsasən, vəziyyətin yaxşılaşdırılması üçün daha artıq təsirli olacağıq.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Dəfələrlə bildirmişik ki, bu istiqamətdə əlimizdən gələni əsirgəməyəcəyik. Ümid edirik ki, bir gün bizim şimal qonşularımız olan bu iki ölkə arasındakı ixtilaflar aradan götürüləcək və bizim bu iki qonşumuz daha artıq sabitliyə və təhlükəsizliyə çatacaq və siyasi-iqtisadi əlaqələrin inkişafı istiqamətində yaxşı addımlar atacaq. Ümidvarıq ki, bu kimi gediş-gəlişlər qarşıdurmanın aradan qaldırılmasına daha artıq təsir göstərəcəkdir. 

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10-30-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap