header

 Həsən Ruhani Trampın görüş təklifini rədd edib

Qeyd olunur ki, dəvət amerika prezidentinin BMT-də səsləndirdiyi anti-iran çıxışının ertəsi günü sonra edilib.

İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani ötən ay Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının kuluarında amerika administrasiyasının başçısı Donald Tramp ilə şəxsi görüşdən imtina edib. Bu barədə bazar günü İranın Fars Xəbər agentliyi iran analitiki Mehdi Fəzailiyə istinadən məlumat yayıb.

 

"ABŞ prezidenti Tramp Ruhinini onun sentyabrda Nyu-Yorka BMT Baş Assambleyasının işində iştirak etmək üçün səfəri zamanı şəxsən görüşməyə dəvət edib, amma prezidentimiz təklifi rədd edib".

 

"Bu təklifdə İranın Nyu-Yorkdakı lobbisinin rolunun olub olmadığı bilinmir, ancaq amerikalıların son qırx ildə daim İran ilə görüşmək istədikləri və bu istiqamətdə səy göstərdikləri doğrudur. Səbəbi də ortadadır: Amerika bu müzakirələrdən faydalı çıxır, İran üçün isə heç bir faydası olmur. Üstəlik, İran milləti alçaldılır. Bunun son nümunəsini Bərcam (Birgə Hərtərəfli Fəaliyyət Planı - İS) nüvə müqaviləsində gördük. Amerikalıların utanmazlığı o qədər çoxdur ki, hörmətsiz söhbətdən sonra belə bir təklif edirlər.


Trumpın bu hərəkəti, həmçinin pullarını hesabsız kitabsız amerikan silah firmalarının kisəsinə axıdan region ölkələrinə də mesaj xarakteri daşıyır. Həqiqətdə bu ölkələr güzəştli davranışlarının ağır əvəzini amerikalılara belə ödəyir ki, o da İranın qarşısında ərzi əndam etsin və təhdid etsin. Ancaq bilməli olduqları olan şey, pərdə arxasında başqa şeyləri də edəcəyidir. Amerika heç kəs üçün etibarlı deyil, hətta müttəfiqləri də ona güvənmir". - deyə Fəzaili bildirib.

 

Qeyd edək ki, İran ilə altılıq ölkələri arasında nüvə sazişi imzalanandan sonra 2015-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Barak Obama o vaxt ABŞ-da olan Həsən Ruhaniyə zəng etmiş və son 36 ildə ilk dəfə olaraq İran və ABŞ prezidentləri arasında telefon danışığı baş tutmuşdu. İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei isə buaddımı qınamışdı.

Qeyd olunur ki, dəvət amerika prezidentinin BMT-də səsləndirdiyi anti-iran çıxışının ertəsi günü sonra edilib.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-30-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap