header

 Abdullah Gülün müşaviri: Əsəd 2011-ci ildə Davudoğlunu otaqdan qovub

Abdullah Gülün müşaviri: Əsəd 2011-ci ildə Davudoğlunu otaqdan qovub

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin sabiq prezidenti Abdullah Gülünün sözçüsü olmuş Əhməd Takan keçmiş XİN rəhbəri Əməd Davudoğlu ilə bağlı maraqlı iddia irəli sürüb. Belə ki, Türkiyə prezidentinin sabiq müşaviri bildirib ki, 2011-ci ildə Suriya prezidenti ilə Əhməd Davudoğlu arasında Dəməşqdə baş tutan görüş zamanı XİN rəhbəri otaqdan qovulub. 

Əhməd Takan qələmə aldığı yazısında qeyd edib ki, Türkiyənin Yaxın Şərq bataqlığına düşməsində əsas səbəbkar Əhməd Davudoğlu olub: "Suriyada daxili iğtişaşlar başlanarkən 2011-ci ildə xarici işlər naziri olan Əhməd Davudoğlu Suriyaya səfər edərək Bəşər Əsədlə görüşmüşdü. Bir neçə saat davam edən gərgin görüş təkcə Türkiyədə deyil, bütün dünyada maraqla gözlənilirdi. O zaman toplantıdan sonra mətbuata müxtəlif açıqlamalar verilmişdi. Bu gün sizi Google-nin arxivinə müraciət etmək zəhmətindən xilas edəcək və 9 Avqust 2011-ci ildə baş tutan görüşlə bağlı dəqiq məlumatlandıracam. Davudoğlu görüşdə Əsəddən hərbi əməliyyatları dayandırması və islahatlara getməsini istəmişdi. Əsəd isə Suriyanın tətbiq etməkdə olduğu geniş islahat prosesini tamamlamaqda israrlı və qərarlı olduğunu ifadə edərək, bu mənada dost və qardaş ölkələrdən kömək almağa açıq olduğunu söyləmişdi". 

Türkiyənin sabiq prezidenti Abdullah Gülünün sözçüsü daha sonra əlavə edib ki, Bəşər Əsədə 4 ay fürsət verilmədiyi üçün münaqişəyə start verildi: "ABŞ-ın Suriya və Əsədə təzyiqləri artırdığı dövrdə Əhməd Davudoğlu səfərdən sonra Türkiyədə özəl telekanalların birinə canlı yayımda bunları demişdi: Biz Suriyada bütün alternativləri yoxlayaraq bu günlərə gəlmişik, amma bu ağrılı prosesin çox uzun sürəcəyini düşünmürəm. Artıq bu prosesi illərlə ifadə etmək əvəzinə, aylar və ya həftələrlə ifadə etmək lazımdır. Lakin Əsədlə Davudoğlu arasında görüş zamanı Suriya prezidenti ona iğtişaşları yatırmaq üçün 4 ay möhlət verilməsini istədi və bundan sonra gözlənilən demokratik addımları atacağını bildirmişdi. Əhməd Davudoğlu cavabında əsəblərinə hakim ola bilmədi, yumruğunu masaya vuraraq, "istefa verəcəksiniz" deyə bağırdı. Otaq bir anda buz kimi oldu. Əsəd, "istefa vermirəm" deyərək toplantını bitirdi və bizi otaqdan çıxardı".

Abdullah Gülün müşaviri: Əsəd 2011-ci ildə Davudoğlunu otaqdan qovub
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-30-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap