header

 Azərbaycanlı ateist Kərbəla ziyarətinə yollandı - FOTO

Onun bu qərarı təəccüblə qarşılanıb.

Artıq Məhərrəm ayı geridə qaldı və Səfər ayının ilk günlərini yaşayırıq.

İslamazeri.com xəbər verir ki, İmam Hüseynin (ə) 40-ı ilə əlaqədar insanlar dünyanın hər bir yerindən Kərbəla ziyarətinə üz tuturlar.

Mediada əsasən, qeyri-müsəlman xarici ölkə vətəndaşlarının İmam Hüseynin (ə) məzarını ziyarət etməsi yer alır. Bu dəfə isə Azərbaycandan olan bir nəfər ateist Kərbəla ziyarətinə səfər edir. Belə ki, dinsiz kimi tanınan paytaxt sakini Ziya Balıyev inanclı zəvvarlarla birgə "Ərbəin" günü  ilə əlaqədar İraqa yola düşüb. Onun bu addımı əqidədaşları və bəzi insanlar tərəfindən təəccüblə qarşılanıb. 

Xatırladaq ki, o, bu yaxınlarda İmam Hüseynin (ə) şəhadətilə əlaqədar təşkil olunan təziyə məclisində iştirak etmiş və mərsiyə zamanı sinə vurmuşdu.

Qeyd edək ki, Ziya Balıyev sosial şəbəkə hesabında dini baxışı barədə məlumat hissəsinə "Skeptik-Ateizm" yazıb.


Onun bu qərarı təəccüblə qarşılanıb.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-26-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap