Masallıdan olan islamçı məhbusun həyati təhlükədədir
Posted on : Ölkə 10/25/2017
13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, inanclı məhbus Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb
İslaminSesi xəbər verir ki, bu barədə Cenubpress internet qəzetinə yaxınları məlumat verib.
Yaxınlarının verdiyi məlumata görə Xalidin gözləri tutulmaq üzrədir. Öd kisəsində ki, ağrılarından yata bilmir. Siyasi məhbus yaxınları hüquq müdafiəçilərdən, jurnalistlərdən kömək gözləyir.
Qeyd edək ki, Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci il sentyabr ayında Masallı rayonunda həbs olunub. O beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutularaq 8 il azadlıqdan məhrum edilib. Xalid Kazımov və yaxınları bu ittihamların saxta və yalan olduğunu bildirirlər.