header

 Qiyamət günü bizə şahidlik edənlər

Allahın bizə verdiyi nemətlər o qədər dəyərli və əhəmiyyətlidir ki, Qiyamət günü bizə şahidlik edəcəklər.

İmam Əli (ə) buyurur: “İnsandan keçən hər gün insana bu sözü deyər: “Ey insan! Mən təzə günəm və əməllərinə şahidəm və nazirəm. Ona görə də mənim müddətimdə yaxşı söz de və xeyir işlər gör ki, Qiyamət günü sənin xeyirlərinə şahidlik edim. Bu gün ki, keçdi, artıq məni heç vaxt görməyəcəksən””. (Tebyan)

Allah insanın əməllərində və danışığında şahidlər qərar vermişdir.

1. İnsan bədəninin üzvləri bu şahidlərdən biridir. “Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər”. (“Fussilət” 20).

2. İkinci şahildər məkanlardır. “Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı – onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)”. (“Zəlzələ” 4).

3. Bu şahidlərdən biri də zamandır. Yuxarıdakı ayədən göründüyü kimi, hər gün bir şahiddir. Ona görə də il ərzində 365 şahidimiz olr.

4. Hər bir ümmətin peyğəmbəri (ə) onun əməllərinə şahiddir. “Buna görə də hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!”. (“Nisa” 41).

Vay olsun o kəslərin halına ki, hesab-kitab olmadığını zənn edirlər. Lakin o zaman ki, qəflət pərdəsi kənara çəkilər, insan qarşısında çox sayda şahid görəcəkdir. Lakin buna baxmayaraq, yenə də özümüzü müstəqil hesab edib, günah edirik. Əgər bu qədər şahidin olduğuna ürəkdən inansaq, qəflətdən ayılmış olarıq. İslam dinində ömürün qiyməti – iman, saleh əməl, gözəl əxlaqdır. Fürsət əldən gedir və yersiz işlərə sərf olunan ömür ziyandan başqa bir şey gətirməz

Allahın bizə verdiyi nemətlər o qədər dəyərli və əhəmiyyətlidir ki, Qiyamət günü bizə şahidlik edəcəklər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:37 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap