header

 Uşaqları oriyental rəqsə, eyş-işrət məclisinə aparmaq olar, Aşura mərasimə isə yox

Uşaqların dini mərasimlərə aparılması qadağan edəcək qanun layihəsi ciddi etiraza səbəb oldu

Dini mərasimləri təşkil edən qurumlar orada iştirak edən uşaqların yaş həddini nəzərə almalıdır.

Maide.Az bildirir ki,  bu barədə "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsində yazılıb.

Qeyd edək ki, oktyabrın 1-də Azərbaycanın bütün bölgələrində yüz illərdir xalqımızın qoruyub saxladığı Aşura mərasimlərinin gözləniləndən də yüksək formada izdihamlı keçirilməsinə müxtəlif səviyyələrdə verilən reaksiyalardan aydın olurdu ki, Azərbaycan hökuməti yaxın zamanlarda belə bir addım atacaq.

Artıq az yaşlı uşaqlara tətbiq ediləcək qadağaları özündə ehtiva edən qanun layihəsinə Milli Məclisin payız sessiyasında baxılacaq.

Emil Rahiloğlu: "Bütün bunlara rəğmən bizlər övladlarımızı bu ruhiyyədə böyüdücəyik və tətbiq edilən qadağaları onları belə izah edəcəyik ki, mövcud hakimiyyət və deputatlar istəyir ki, sizlər sağlam və mənəviyyatlı insanlar kimi yox, əyyaş, avara və fəsad dolu həyat yaşayasız.   "

Mövzu ilə bağlı “İslaminSesi”nə açıqlama verən AİP-in sədr müavini, ilahiyyatçı-alim Emil Rahiloğlu bildirdi ki, bu hakimiyyətin sanki islamdan başqa dərdi yoxdur. Bu qədər sosial, iqtisadi, kredit və Qarabağ kimi böyük problemlərin mövcud olduğu ölkədə hakimiyyətin ancaq islam dini ilə bağlı mürtəce məhdudiyyətlər tətbiq etməsinin acınacaqlı haldan xəbər verdiyini söyləyən ilahiyyatçı alim, “adlarını tolerant qoyublar, ancaq əhalisinin böyük əksəriyyətinin şiə olduğu bir ölkədə təsis etdikləri qanunlar məhz həmin çoxluqla bağlıdır. Bunların hamısı məhz Əhli-beyt(ə) məktəbinə qarşı düşmənçilikdən xəbər verir.” – deyə bildirdi:

“Bu qanunu təsis edənlər bununla təkcə uşaqların məscidə getməsinin qarşısı almaq istəmirlər. Onlar bununla ümumilikdə Aşura izdihamlarının qarşısını almağa çalışırlar. Çünki övladını məscidə gətirə bilməyən valideyn, əksər hallarda evdə qalıb uşağına baxmaq məcburiyyətində qalır. Beləliklə də düşünürlər ki, yeni qanunu qəbul etdirməklə Aşura izdihamının qarşısını alacaqlar. Lakin bütün bunlara rəğmən bizlər övladlarımızı bu ruhiyyədə böyüdücəyik və tətbiq edilən qadağaları onları belə izah edəcəyik ki, mövcud hakimiyyət və deputatlar istəyir ki, sizlər sağlam və mənəviyyatlı insanlar kimi yox, əyyaş, avara və fəsad dolu həyat yaşayasız. Bizlər övladlarımızı elə bir ruhiyyədə və düşüncədə böyüdəcəyik ki, onlar müəyyən yaş həddinə çatdıqdan sonra günlərini məscidlərdə və dini ocaqlarda keçirsinlər. Yəni övladlarımızın qadağasını da onlara başa salacağıq, onlara nəyin daha çox lazım olduğunu da.”

Azyaşlı uşaqların gözləri qarşısında evlərinin söküldüyü və valideynləri döyülərək zorla evdən çıxarıldığı zaman uşaq hüquqlarının və psixologiyasının yada düşmədiyini söyləyən Emil Rahiloğlu, “əgər məscid elm, tərbiyə və elm ocağıdırsa orada uşaqların tərbiyəsi necə pozula bilər. Uşaqları içki və eyş-işrət məclisinə aparanda niyə bu barədə düşünmürdülər..!?”, - deyə bildirdi:

“Maraqlıdır ki, bunu hansı ölkənin təcrübəsinə əsasən həyata keçiriblər..? Əgər qonşu ölkələrə baxsaq Türkiyə və İranda belə bir qadağa yoxdur. Hətta İsrail modelinə baxsaq belə, orada da balaca uşaqlar azyaşlarından etibarən senaqoqo və “Ağlama Divarı”na aparılır. Bütün sahələrdə olduğu kimi, görünür bu mürtəce dəyişikliklə bağlı da analoqumuz yoxdur.”

Famil Burxanoğlu: "Bağçalarda uşaqların hazırladıqları oriental rəqsləri, yaşlarını aşan hind rəqslərini hətta televiziyalarda bəh-bəhlə nümayiş də etdirmək olar. Bunlar heç nəyə mane olmur, ancaq ildə bir dəfə keçirilən eşq, sevgi, əxlaq və mənəviyyat dolu, qəhrəmanlıq, insanpərvərlik, ədalətpərvərlik aşılayan Aşuramı mane olur?  "

İlahiyyatçı-yazar Famil Burxanoğlu isə açıqlaması zamanı qeyd etdi ki, uşağı lap kiçik yaşlarında oriental rəqs paltarı geyindirib ərəb rəqslərinə, hind rəqslərinə, aerobikaya, çox biədəb söyüşlərlə dolu olan musiqilərin sədaları altında öyrədilən müxtəlif cür xarici rəqslərə qoymaq olar və bunlar bütün məktəbdə oxuduğu dövlərdə məktəblə paralel olaraq həyata keçirilə bilər, heç də uşağın təhsilinə və əxlaqına mane olmaz, ancaq ildə bir dəfə bir gün keçirilən Aşura mərasiminə aparmaq olmaz:

“Bağçalarda uşaqların hazırladıqları oriental rəqsləri, yaşlarını aşan hind rəqslərini hətta televiziyalarda bəh-bəhlə nümayiş də etdirmək olar. Bunlar heç nəyə mane olmur, ancaq ildə bir dəfə keçirilən eşq, sevgi, əxlaq və mənəviyyat dolu, qəhrəmanlıq, insanpərvərlik, ədalətpərvərlik aşılayan Aşuramı mane olur?

Uşağı şiddət aşılayan karate, boks, cüdo, bir-birini yıxmaq, vurmaq, əzmək, döymək və sair kimi hisslər aşılayan idman növlərinə qoymaq olar; bu, həm də bütün məktəb dövrü boyu həyata keçirilə bilər, ancaq başqasına, eyni zamanda özünə xəsarətin qadağan edildiyi və ildə bir dəfə, bir gün keçirlən məzluma göz yaşı tökmək, insanlığın faciəsinə ağlamaq mərasimi olan Aşuraya getmək olmaz?”

Azərbaycanın heç bir məscidində iddia olunan xəncərlə baş yarmaq əməlinin edilmədiyini söyləyən ilahiyyatçı-alim, “kimsə hansı ölkədənsə və ya haradasa məqsədyönlü şəkildə həyata keçirilən bu cür təxribat xarakterli davranışı əsas gətirib ittiham irəli sürə bilməz. Azərbaycanda belə bir şey yoxdur, ola da bilməz. Ümumiyyətlə, bu cür hallar dində qadağandır!”, - deyə bildirdi:

“Uşağının əlindən tutub onu xaricdən gəlmiş, əxlaqsız davranışlar nümayiş etdirən müğənnilərin və onlara uşaqların baxması zərərli olan davranışları ilə qarşılıq verən fanat tamaşaçıların da iştirak etdiyi konsertlərə, dəhşət və vəhşilik maskaradlarının təşkil edildiyi tədbirlərə, fanatların söyüşləri, nə bilim daha nələri ilə müşayiət olunan futbol oyunlarına aparmaq olar, ancaq bütün bu davranışlardan uzaq olan, ülvi hisslər aşılayan bir günlük Aşura məraisminə aparmaq olmaz?”

Famil Burxanoğlunun sözlərinə görə, bu gün Azərbaycanda hələ uşaq yaşlarından Aşura mərasimində iştirak edib çox büyük elmi nailiyyətlər əldə etmiş yetərli sayda alim, elm xadimi, yazıçı, sənətkar var:

“Ad çəkməyə ehtiyac duymuram. Mənə elə gəlir problemi başqa şeydə axtarmaq lazımdır. Bunun bir adı İslamofobiya, müsəlmanlıqdan imtina edib, fəsad cəmiyyətlərinin aşıladığı davranışları azad yaşamaq. Bütün səylər bunun başında dolanır. Bir qədər də teleproqramlara baxmaq lazımdır. Hətta veriliş aparıcılarının özlərinin belə, uşaqlarına rəva görmədikləri verilişlərin geniş vüsət alması ilə bağlı tədbirlər görmək lazımdır. Mən üzümü orta məktəb müəllimlərinə və ziyalılara tutub soruşuram, Füzulini, Nəsimini, Natəvanı, Şəhriyarı, Şah İsmayılı tədris edərkən hansı məqsədlə tədris edirlər, örnək olsunlar deyə, yoxsa məcburiyyətdənmi? Şərəflərinə heykəllər qoyduğumuz, prospekt və küçələrə adlarını qoyduğumuz, şanlı tariximiz kimi öyündüyümüz bu şəxsiyyətlərin yaradıclıqlarında aşılamaq istədikləri dəyərlərdən imtinamı etməliyik? Orta məktəbdə tədris etdiyimiz bu şəxsiyyətlərin həyatlarının ayrılmaz hissəsi deyilmi Aşura mərasimləri?”

Vüsal Hətəmov: " Uşaqlarımızın məscidlərdə nə işi var ki? Uşaqlarımıza topazın sirlərini, səs olmadan bədən əzaları ilə müğənniliyin zirvələrinə çatma yollarını, avtoxuliqanlığı öyrətməliyik..."

Təhsil üzrə media eksperti, şərqşünas Vüsal Hətəməov isə məsələyə kinayəli münasibət bildirdi:

"İronik də olsa, deyəcəyəm. Düz deyirlər. Uşaqlarımızın məscidlərdə nə işi var ki? Uşaqlarımıza topazın sirlərini, səs olmadan bədən əzaları ilə müğənniliyin zirvələrinə çatma yollarını, avtoxuliqanlığı öyrətməliyik..."(İslaminsesi)

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10-23-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap