header

 PAK ƏQİDƏ PAK AĞACA, ÇİRKİN ƏQİDƏ İSƏ ÇİRKİN AĞACA BƏNZƏYİR!

Allah-Taala Qurani-Kərimin “İbrahim” surəsinin 24-25-ci ayələrində buyurur:

أَلَمْ تَرَ كَیفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَیبَةً كَشَجَرَةٍ طَیبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِی السَّمَاءِ

“Allahın necə məsəl çəkdiyini görmədinmi? Pak və xoş söz kökü yerdə möhkəm, budaqları göydə olan gözəl bir ağac kimidir.”

تُؤْتِی أُكُلَهَا كُلَّ حِینٍ بِإِذْنِ رَبِّهَا وَیضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ یتَذَكَّرُونَ

“O (pak ağac) Rəbbinin izni ilə meyvəsini hər vaxt verər. Allah insanlar üçün məsəllər çəkir ki, bəlkə düşünüb ibrət alsınlar!”

“İbrahim” surəsinin 26-27-ci ayələrində isə belə buyurur:

وَمَثَلُ كَلِمَةٍ خَبِیثَةٍ كَشَجَرَةٍ خَبِیثَةٍ اجْتُثَّتْ مِنْ فَوْقِ الْأَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ

“Pis söz yerdən üzülmüş, kökü olmayan pis bir ağaca bənzəyir.”

یثَبِّتُ اللَّهُ الَّذِینَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِی الْحَیاةِ الدُّنْیا وَفِی الْآخِرَةِ وَیضِلُّ اللَّهُ الظَّالِمِینَ وَیفْعَلُ اللَّهُ مَا یشَاءُ

“Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları zəlalətə salar (və müvəffəqiyyəti onlardan alar). Allah istədiyini edir!”

Bu iki məsəldə Allah-Taala bir-birinə zidd iki həqiqətdən söz açır:

1. Pak söz kökü yerdə, budaqları isə göyə ucalan və daim ləzzətli meyvələr verən pak ağaca bənzəyir;

2. Pis söz isə yerdən üzülmüş və kökü olmayan pis bir ağaca bənzəyir.

Birinci məsəlin şərhindən öncə, ayə ilə bağlı bir neçə mətləbi qeyd etməyi lazım bilirik:

1. Mənzərəsi gözəl, meyvəsi ləzzətli və faydalı, gül-çiçəkli, kölgəli, ətirli və lətafətli qoxusu olan ağaca “pak ağac” deyilir. Bu xüsusiyyətlər “təyyibə” (pak) sözündən anlaşılır.

2. Onun kökü sabit və möhkəmdir, tufan və şiddətli küləyə davamlıdır. Bu xüsusiyyətlər də “əsluha sabit” (kökü möhkəmdir) ibarəsindən başa düşülür.

3. Həmin ağacın budaqları göyə ucalır. Şübhəsiz, bu əlamət təmiz havadan və kifayət qədər günəş istiliyindən bəhrələnməyin nəticəsidir və onun meyvələri də təravətli və ətirli olur.

4. Pak ağac barlı və xalqa faydalıdır. Həqiqətdə meyvə verən ağac daha çox biz insanlar tərəfindən sevilir.

5. Bu ağac müəyyən bir fəsildə deyil, hər zaman meyvə verir və insanları faydalandırır.

6. O, öz işini ilahi meyarlar üzrə görür və vəzifəsini Allahın izni ilə yerinə yetirir.

Bunlar “pak ağac”ın xüsusiyyətləridir. Lakin sual yaranır ki, görəsən, belə bir ağac günümüzdə mövcuddurmu? Araşdırma aparmaq lazımdır. Bəzi isti məntəqələrdə iki fəsildə meyvə verən ağaclar vardır və birinci meyvəsi dərilən kimi, yenidən gül-çiçək açır. Yer kürəsində olan meşələrdə belə bir ağacın olması mümkündür və olmasa da, təşbehə heç də zərər yetirmir. Çünki məsəldə təşbeh olunanın hökmən xaricdə olması şərt deyil və hətta insanın düşüncələri belə məsəl və təşbehin üzvlərini təşkil edə bilir. Hər halda, Qurani-Kərimdə “pak söz”ü verilən xüsusiyyətlərə malik olan pak ağaca bənzədilir. Belə ki, pak sözün sabit və möhkəm kökü, həyat bəxş edən çeşidli budaqları vardır.

Amma “pak söz”dən nəyin nəzərdə tutulduğu haqda təfsirçilər müxtəlif nəzərlər irəli sürürlər ki, burada onların bəzilərinə işarə etməklə kifayətlənirik:

1. “Pak söz”ü ilə “tövhid kəlməsi” (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur) nəzərdə tutulur.

2. Allahın əmr və qadağalarını ifadə edən hər bir kəlam nəzərdə tutulur. Onun “pak söz” adlandırılmasının səbəbi odur ki, onlara əməl edənlər itaət sayəsində firavan xeyir-bərəkətə çatırlar.

Bir sözlə, “pak söz” pak əqidə və pak əməldən ibarətdir. İlahiyə olan əqidə “pak ağac” kimi, təsirli, davamlı və möhkəmdir. Yürüdülən birinci nəzərdə yalnız doğru əqidəni aşılayan “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) kəlməsi ilə kifayətlənilərək, həqiqətdə haqqın bir nümunəsinə işarə edilir. Beləliklə, doğru əqidə və yaxşı əməl və rəftarın səciyyələri vardır ki, insan alim və qadir Allaha, ölümdən sonrakı həyata etiqad sayəsində zahiri və batinini bəzəyərək dünya və axirət aləmində dininin meyvələrini dərəcəkdir.

ÇİRKİN ƏQİDƏ ÇİRKİN AĞACA BƏNZƏYİR!

İkinci məsəldə isə pis söz pis ağaca təşbeh edilir və öncəki məsəlin əksinə olaraq, burada qısa şəkildə pis ağac bir xüsusiyyətlə tanıtdırılır. Kökdən çıxan, küləklərin müqabilində davamsız olan, o tərəf-bu tərəfə atılaraq axırda yanıb külə dönən ağac pis ağacdır.

Bir sözlə, bu aləmdə haqla batil üz-üzə dayanıb. Haqq həmişə sabit və möhkəmdir və qaldıqca əbədi izlər buraxır, batil isə ötəridir və daim məhvə doğrudur.

İkinci ayəyə əsasən, Allah-Taala imanlı insanları “möhkəm söz” (sağlam əqidə) sayəsində dünyada və axirətdə sabitqədəm edir. Onlar hər iki dünyada təhlükələrə qarşı davamlıdırlar. İmansız zülmkarlar isə haqq yolunu azaraq əməllərinin cəzasını dadacaq və heç biri Allahın müqabilində etiraz edə bilməyəcək:

...وَیضِلُّ اللَّهُ الظَّالِمِینَ وَیفْعَلُ اللَّهُ مَا یشَاءُ

“Allah zalımları zəlalətə salar (və müvəffəqiyyəti onlardan alar). Allah istədiyini edir!”

Bütün səmavi dinlər vəhyə söykənir və cüzi fərqləri çıxmaq şərtilə əqidə əsasları və fitri hökmləri həmişə sabitdir. Allaha iman gətirənlər də bu dünyada həmin məktəb sayəsində sabitqədəmdir və axirətdə də onun nəticəsini görəcəklər:

یثَبِّتُ اللَّهُ الَّذِینَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِی الْحَیاةِ الدُّنْیا وَفِی الْآخِرَةِ...

“Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər.”

İlahi! Haqq yolunun yolçularını dünyada da, axirətdə də sabitqədəm saxla!

(“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 23-24-cü məsəllər, səh.91-95.)

Rza Şükürlü (Maide.az)

Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10-22-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap