header

 DÜZGÜNLÜK VƏ ƏMANƏTƏ SƏDAQƏTİN DƏYƏRİ

Möminlər içərisində elələri vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.(Əhzab s.ayə 23.)

Bismilləhir Rahmənir Rahim

Möminlər içərisində elələri vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.(Əhzab s.ayə 23.)

Düzgünlük insanın danışığında, rəftarında və əhval-ruhiyyəsində özünü biruzə verir.

Bir şəxsin Allaha və ətrafındakı insanlara münasibətində dürüst olması onun ləyaqətindən xəbər verir. Namazdan öncə üzümü Allaha tərəf yönəltdim sözünü deyərək, qəlbində Allahdan başqasına diqqət yetirən, namaz əsnasında dilində İlahi! Biz yalnız sənə ibadət edirik desə də, dünyəvi və nəfsani istəklərinə ibadət edən, həmçinin Yalnız səndən kömək diləyirik! deyib, amma Ondan başqasından yardım diləyən şəxs yalançıdır.

İmam Sadiq(ə) buyurur: Doğru danışan insanı təsdiq edən ilk kəs Allah-Təaladır.

Həqiqətən, insan düz danışanda, Allah-Təala onu siddiqlər sırasında yazar.

Bundan sonra, niyyətdə düzgünlük mərhələsi gəlir. Yəni, insan niyyətini təmiz tutmalı və hər bir əməli yalnız Allaha görə yerinə yetirməlidır. Əməldə düzgünlük əsas şərtlərdən biridir. İnsan zahir və batininin bir-birinə zidd olmaması üçün var gücü ilə çalışmalıdır. İnsanın daxili aləmi zahiri ilə uyğun və hətta zahirindən də üstün olmalıdır.

Həzrət Əli (ə) buyurur: And olsun Allaha ki, sizə tövsiyə bildiyim hər bir itaətə öncə özüm əməl edir, sizi çəkindirdiyim günahdan da öncə özüm uzaqlaşıram.

Düzgünlüyün daha üstün və az tapılan mərhələsi dini vacibatlarda olan dürüstlükdür.

Həqiqi möminlər yalnız Allaha və onun rəsuluna iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır. Məhz belələri sadiq olanlardır.(Hucurat s. ayə.15)

Rəvayətə görə, Əbuzərdən iman barəsində sual edildikdə, cavabında həmin ayəni oxudu. Dedilər biz səndən iman haqda soruşduq, sən sidq və doğruluqla bağlı ayə oxudun. O: mən Peyğəmbərdən (s) iman haqda soruşanda, həmin ayəni oxumuşdu.-deyə cavab verdi.

İmam Sadiq(ə) buyurur: heç bir insanın uzun ruku və səcdələrinə baxma. Çünki bu onun tərk etməsindən qorxduğu bir adətdir. Əslində hər bir insanın doğru danışması və əmanətə sadiq olmasına fikir verin.

Bir insanın müəyyən bir vəzifə sahibi və ya quldurun qarşısında rənginin saraldığını, bədən üzvlərinin əsdiyini, yemək və yatmağını qarışdırdığını, həmçinin, ailəvi vəzifələrinə əməl etməkdə aciz qaldığı bir vaxtda fikirlərinin pərişan olduğunu müşahidə edirik. Belə bir şəxs qorxaqlığa düçar olmamaq üçün bəzən vətənindən didərgin düşür, ünsiyyət və rahatlığı məşəqqətə çevrilir. Lakin həmin insan Allahdan qorxduğunu iddia edərək, günahlarını davam etdirir.

Peyğəmbər(s) buyurur: Cəhənnəmdən qorxan elə bir adam görmədim ki, rahat yatsın, cənnəti istəyən elə bir adam da görmədim ki, onun yuxusu olsun.

Möminlər içərisində elələri vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.(Əhzab s.ayə 23.)
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:37 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap