Ayətullah Sistani: Şimaldakı kürdləri qoruyun
Posted on : Təqlid mərcələrinin 10/21/2017
Ayətullah Sistani: Şimaldakı kürdləri qoruyun
FaktXeber.com-un məlumatına görə, Böyük İslam alimi Ayətullah Əli Sistani təhlükəsizlik qüvvələrinin Kərkükə girməsini bütün iraqlılar üçün zəfər kimi qiymətləndirib və yetkililəri şəhərdə intiqamdan uzaq durmaq barədə xəbərdarlıq edib.
İraqın şimalındakı kürdlərin qorunmasını tələb edən İslam alimi sözlərinə belə davam edib: "Polis və ordu güclərinin Kərkükə girib orda təhlükəsizliyi təmin etməsi bir tərəf üçün qələbə, digər tərəf üçün qırılma deyil. Bu bütün iraqlılar üçün zəfərdir".
Kərkükdə ehtimal olunan "intiqamdan" uzaq durmaq barədə xəbərdarlıq edən Ayətullah Sistani, kürd idarəçilərindən Mərkəzi Hökumətlə Konstitusiya əsasında iş birliyində olmasını istəyib.