header

 Suriya xüsusi təyinatlı qüvvələri İsrail sərhədlərinə göndərilib

Ordu diviziyası Colan bölgəsində qərarlaşmış "əl-Qaidə" terrorçularına qarşı həlledici döyüşlər aparacaq.

Suriya Silahlı Qüvvələrinin baş komandanlığı İsraillə sərhəddə yerləşən Colan yüksəkliklərində "əl-Qaidə" terrorçularının bazalarını məhv etmək üçün yekun əməliyyata start verib.

İslamazeri.com "Almasdarnews"-a istinadla xəbər verir ki, xüsusi təyinatlı 4-cü silahlı diviziyanın hərbçiləri hazırda Beyt-Cin məntəqəsində "Həyat Təhrir əl-Şam" (keçmiş "ən-Nusra cəbhəsi") terror təşkilatına qarşı mübarizə aparan digər ordu bölmələrinə dəstək üçün əraziyə yollanıb.

Terrorçuların bu bölgədəki mövqelərinə qarşı irimiqyaslı və yekun əməliyyata başlanılması planlaşdırılır. Hərbi mənbələrin bildirdiyinə görə, 4-cü silahlı diviziya şəhəriçi bölgələrdə və yaxın məsafələrdə döyüş üçün xüsusi təlim keçib. Bu baxımdan diviziyanın terrorçuların əsas dayaq məntəqələri olan Beyt-Cin şəhəri və ətraf rayonlarda onlara qarşı həlledici zərbə vuracağı gözlənilir.

Dünən ordu qüvvələri uğurlu həmlə ilə bölgənin yaxınlığında yerləşən strateji təpəliyi terrorçulardan geri ala bilib.

Ordu diviziyası Colan bölgəsində qərarlaşmış "əl-Qaidə" terrorçularına qarşı həlledici döyüşlər aparacaq.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-19-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap