Zərif: Sepah İran xalqının fəxridir
Posted on : iran 10/16/2017 1:00:35 PM
İran İslam Respublikası xarici işlər naziri İslam İnqilabı Keşikçilər Korpusu Sepahı İranın böyük xalqının fəxri adlandırıb və bildirib: Sepah İran İslam Respublikası ordusunun yanında İranın ərazi bütövlüyünün zəmanətçisidir.
Məhəmməd Cavad
Zərif şənbə gecə İranın 1-ci televiziyasının "1 Baxış" proqramında
ABŞ prezidentinin İran və İslam İnqilabı Keşikçilər Korpusu Sepah əleyhinə düşmənçilik
xarakterli açıqlamasını pisləyərək xatırladıb: Donald Trampın cümə gecə olan
açıqlaması qeyri-münasib davranışı əks etdirirdi.
İran xarici işlər
naziri amerikalıların həmişə İran xalqı ilə qarşılaşmaq və diktaturanı dəstəkləmək
ardınca olduqlarını bəyan edərək deyib: ABŞ 28 mordad 1332-ci günəş ili (1953)
Pəhləviyə bağlı diktatura rejimini dəstəkləmək istiqamətində İranın qanuni hökumətini
devirdi.
Zərif ABŞ-ın
nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qalmamasına da münasibət
bildirib: İran indiyə qədər səhlənkarlıqlar, nüvə anlaşmasının pozulması
halları, təyyarənin satın alınması üçün ABŞ Xəzinədarlıq Nazirliyinin lisenziya
verməsindəki təxirləri ilə əlaqədar 9 məktub yazıb.
Atom Enerjisi
üzrə Beynəlxalq Agentliyinin İranın nüvə anlaşmasına sadiq qalmasına dair 8
hesabatına etina etməyən ABŞ prezidenti Donald Tramp cümə gecə bildirmişdi ki,
İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasını
təsdiqləməyəcək.
Avropa Birliyi
və dünyanın bir çox ölkəsi Trampın bu açıqlamasından sonra nüvə anlaşmasını tam
şəkildə dəstəkləyəcəklərini elan etmişdir.
Tramp İran
xalqı əleyhinə əsassız ittihamları təkrarlayaraq iddia edib ki, Tehran
terrorizmi dəstəkləyir və Suriya və
İraqda Vaşinqton və müttəfiqlərinin dəstəklədikləri terrorçularla mübarizədə
İslam İnqilabı Keşikçilər Korpusu Sepahı yeni sanksiyalar siyahısına əlavə edəcək.
İslam İnqilabı
Keşikçilər Korpusu Sepah İraq və Suriyada terror qruplaşmaları ilə mübarizə
üçün bu ölkələrin rəsmi müraciəti əsasında onlara hərbi məsləhətlərlə kömək
etmişdir. Amma bu hərəkət Trampa heç də xoş gəlməmişdir.