İranın müdafiə naziri ABŞ-ın Sepah-la bağlı planına görə xəbərdarlıq edib
Posted on : iran 10/16/2017 1:00:35 PM
“Sepah terrorizmə qarşı döyüşən ən güclü bir qurumdur və terrorla mübarizə cəbhəsinin önündə gedir. ABŞ-ın Sepahı terror təşkilatı elan etmə cəhdi bölgədə təhlükəsizliyə zərbədir. Trampın seçdiyi və getdiyi yol dünyanı muharibəyə doğru aparır”
İslaminSesi.info
FarsNews-a istinadla xəbər verir ki bunu İranın müdafiə naziri briqada generalı
Əmir Hatəmi deyib.
İranın Müdafiə
Nazirliyinin mətbuat xidməti bildirir ki, nazir çıxışında ABŞ-ın İslam İnqilabı
Keşikçilər Korpusunu terror təşkilatı elan etmə cəhdlərini kəskin tənqid edib və
bəyan edib ki, ABŞ bu işi ilə muharibəyə yol açır.
“Sepah, Ordu,
ölkənin sair qüvvələri bir vahid şəkildə Amerikanın düşmənçilik və gərginlik
yaradan siyasətinin qarşısında durublar. Ona, vasitəli muharibələrlə və terrorizmi genişləndirməklə regionu təhlükəyə
atmağa icazə verilməyəcək.” deyə Əmir Hatəmi xəbərdarlıq edib.
İslam İnqilabı
Keşikçilər Korpusunun bütün region xalqlarına məxsus olduğunu, onların məhəbbətini
qazandığını vurğulayan İran müdafiə naziri əlavə edib ki, ABŞ-ın bu cəhdlərinin
arxasında bölgəni təhlükəyə çəkən Sionizm lobbisi dayanır.
O sonda Tramp
haqda bunu deyib:
"Tramp elə
bir qərar verməsin ki, dünya ictimaiyyəti bu qərara görə və muharibənin
dayanmasına görə onun kənarlaşdırılmasını istəsinlər.”