Aşura əsirlərinin Şama yola düşməsi və məruz qaldığı çətinliklər
Posted on : Aşura 10/16/2017 1:00:35 PM
Bu gün məhərrəm ayının 19 Peyğəmbər(s) övladlarının əsir olaraq Küfədən Şama yola düşməsi günüdür.
Aşura günü
İmam Hüseynin (ə) və yoldaşlarının şəhadətindən sonra Yezid qoşunu xeymələrə
hücum edib hər şeyi talan etdilər və Peyğəmbər (ə) balalarını və onlarla birgə
olanları əsir aldılar. Bütün əsirləri və şəhidlərin kəsilmiş başlarını Kufəyə
İbn Ziyadın sarayına gətirdilər. Hətta tarixdə qeyd olunur ki, şəhidlərin
başlarını nizələrə taxıb əsirlərin arasında aparırdılar ki, onlara daha ağır və
əziyyətverici olsun.
Tarixi
mənbələrə əsasən əsirlər məhərrəm ayının 19-a kimi Kufə zindanında qaldılar.
Yezid məlunun göstərişi ilə onlar bu gün Şama yola düşdülər. Qeyd edək ki,
onlar Şama zəncirlənmiş, piyada, incidilərək aparıldılar. Bütün bunlardan
daha acı olanı şəhidlərin kəsik başlarının nizələrə taxılıb düz onların yanları
ilə aparılması idi. Nə qədər qadın-uşaq öz ərlərinin, övladlarının, atalarının
nizəyə taxılmış başına baxmaq məcburiyyətində idilər.
İmam Zeynul
Abidin (ə) Şam və Şam yolunun çətinliklərinə işarə edərək buyurur:
“ Şəm
səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar.
Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər
yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları
sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar. Siz də bunlardan
intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar.
Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi
günün altında saxlayırdılar!” (
Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).
Rəvayətlərə
görə Kərbəla əsirlərinin arasında olanlardan yalnız Bəni-Haşimlilər Şama
aparıldı. Bəni-Haşimlilərdən olmayan qadın əsirlər isə müxtəlif
vasitəçiliklərlə azad edildilər.Tarixçilər yazır ki, Bəni-Haşimdən olmayan qadınların
tayfaları Kufənin lənətlənmiş valisi Ubeydullah ibni Ziyadaın yanına gələrək
onların qohumlarının və yaxınlarının azad edilməsini istədilər. Bundan sonra
Ubeydullah ibni Ziyad o tayfalardan müxtəlif vədlər alaraq, onların əsirlərini
buraxdı.
Y.Nuriyev/ İslaminSesişinfo