Hindistan İrana 11 milyard dollarlıq investisiya təklif edib
Posted on : iran 10/16/2017 1:00:35 PM
Hindistanın aparıcı neft və qaz şirkəti İrandakı qaz yatağının işlənməsi üçün nəhəng layihə təklif edib.
Hindistanın
aparıcı enerji şirkətlərindən biri bəyan edib ki, "Fərzad B" qaz
yatağının işlənməsi məqsədilə İrana əməkdaşlıq təklifi irəli sürüb.
İslamazeri.com
"Press TV"-yə istinadla xəbər verir ki, təklif Hindistanın dövlət
Neft və Təbii Qaz Korporasiyasının (ONGC) xaricdəki qolu olan "ONGC Videş
Ltd" (OVL) şirkəti tərəfindən irəli sürülüb. Təklifdə nəzərdə tutulan
investisiyanın həcmi 11 milyard dollara çatır.
Layihədə
"Fərzad B" qaz yatağında təbii qazın həm hasil edilməsi, həm də emal
edilərək maye qaz halında xaricə ixracı nəzərdə tutulur.
Yeni Dehlidə
jurnalistlərin suallarını cavablandıran şirkətin icraçı direktoru Narendra
Verma bəyan edib ki, hazırda Tehrandan təkliflə bağlı cavab gözləyirlər. O qeyd
edib ki, Fars körfəzinin İrana aid hissəsindəki yatağın işlənməsini nəzərdə
tutan təklif ən yaxşı şərtləri özündə ehtiva edir. İnvestisiya layihəsi
çərçivəsində 5,8 milyard dollar yatağın işlənməsi, digər 5 milyard dollar isə
maye qaz istehsalı üçün emal zavodun tikintisinə xərclənməsi nəzərdə tutulur.