Ayətullah Sistani başsağlığı verdi
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:34 PM
İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani ölkənin keçmiş prezidenti Cəlal Talabaninin ölümü ilə əlaqədar ailəsinə başsağlığı verib
Ayətullah
Sistaninin başsağlığı mətnində İraqın sabiq prezidenti, Kürdüstan Vətənpərvərlər
Birliyinin baş katibi Cəlal Talabaninin daim İraq xalqını düşündüyü və öz
hakimiyyəti dövründə iraqlıları birləşdirmək üçün çox çalışdığı qeyd
olunub.
2012-ci ildə Amerika səfəri zamanı beyin
qanaxması diaqnozu ilə xəstəxanaya aparılan Talabani müalicəsini Almaniyada
davam etdirdi. Səhhəti yaxşılaşandan sonra İraqın Süleymaniyə şəhərinə geri
döndü. Amma onun səhhəti vəzifəsini davam etdirməyə imkan vermədi. 2014-cü ildə
keçirilən seçkilərdə Talabaninin uşaqlıq dostu, kürd namizəd Fuad M'sum qələbə
qazandı. Talabani isə aktiv olmasa da sonrakı siyasi proseslərdə iştirak
edirdi. Yenə də səhhəti ilə əlaqədar Almaniyaya gedirdi.
O, oktyabrın
3-də 83 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişdi.
Mənbə:eastnews