Bakıda "Eşq karvanı" konfransı
Posted on : Aşura 10/16/2017 1:00:34 PM
Dünən axşam İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin şəhadətinin yeddinci günündə Bakıda "Eşq karvanı" adlı bir konfrans keçirilib.
Aşura məktəbi
vurğunlarının iştirakı ilə Bakıdakı Şəhriyar evində keçirilən bu konfransda
iştirakçılar Kərbəla şəhidlərinin matəmində və Həzrət Zeynəb(s.ə)-nın müsibətlərinə
görə əzadarlıq ediblər.
Əhli-Beyt(ə)
şairləri də bu konfransda şer dili ilə özlərinin şəhidlər ağasına olan səmimi
hörmətlərini ifadə ediblər.
Vəliyyi Fəqihin
Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Seyid Əli
Əkbər Ocaqnejad da bu konfransda Qurani-Kərim ayələrinə və hədislərə istinad edərək,
qadınların İslam tarixi boyu olmuş fəzilətlərini, xüsusən Həzrət Zeynəb(s.ə)-nın
Aşura hadisəsindən sonrakı müraciəti və o həzrətin və digər xanımların Kərbəla
çölündəki səbir və təmkinliklərini şərh edibdir.
Bu konfransda
Əhli-Beyt(ə) şairi, azəri mədhiyyəçi Seyidağa Rəhim Bəxşiyevə təşəkkür
edilibdir.