Kərbəlaya 14 günə velosipedlə gedən azərbaycanlı zəvvar
Posted on : Aşura 10/16/2017 1:00:34 PM
Azərbaycanlı zəvvar Ceyhun Hüseyni 14 gün velosipedlə yol gedərək Kərbəla şəhərinə çatıb.
Deyerler.org xəbər
verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin qarşısında Al-Kafeel
informasiya mərkəzinə müsahibə verən azərbaycanlı zəvvar belə deyib: “Mən İraqa
gəlmişəm və İmam Hüseynə (ə) eşqi və Əhli-Beyt (ə) sevdası olan Azərbaycan xalqını
təmsil edirəm. Bu 14 günlük səfər müddətimdə İran və İraq torpaqlarından keçərək,
bu ölkələrin xalqlarının böyük qonaqpərvərlikləri ilə qarşılaşdım”.
Bu səfər çərçivıəsində
İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdiyini
və İmam Hüseyn (ə) ilə yavərlərinin şəhadəti münasibətilə başsağlığını
çatdırdığını deyən Ceyhun Hüseyni sözlərini belə davam etdirib: “Mənim İmam
Hüseynə (ə) olan sevgim bu uzaq məsafəni qət etməyimə kömək oldu. Mən səfər
vaxtı da heç bir problemlə qarşılaşmadım. Baxmayaraq ki, biz İraqdakı vəziyyət
barədə pis xəbərlər eşidirik, orada terror təşkilatlarının mövcudluğu və ölkədə
vəziyyətin qeyri sabit olduğunu xəbərlərdə görürük. Bir çoxları da məni buna
inandırmışdı. Dostlarım bu səfər barədə mənə xəbərdarlıq etmişdilər. Ancaq mən
İraq ərazisindən keçdikdə buranın xalqının xidmətinin və qonaqpərvərliyinin
şahidi oldum”.
Ceyhun Hüseyni
Kərbəladan sonra Kazimeyn və Samirra şəhərlərindəki Əhli-Beytin (ə) əziz
imamlarını da ziyarət edəcəyini bildirib.