header

 Sionist İsrail və Myanma hakimiyyətinin oxşar cəhətləri - VİDEO

Sionist İsrail və Myanma hakimiyyətinin oxşar cəhətləri - VİDEO

İslaminSesi-nin verdiyi məlumata görə, sionist İsrail rejiminin əsgərləri uzun müddətdir ki, işğal etdikləri Fələstin torpaqlarında yerli fələstinlilərə qarşı ciddi məhdudlaşdırıcı tədbirlər görür, hər gün 10-20 fələstinlini həbs edir, həbsxanalarındakı 6 mindən çox fələstinliyə müxtəlif işgəncələr verirlər.

İsrail rejiminin bu düşmən addımlarına həmçinin fələstinlilərə məxsus yaşayış binalarının sökülməsi, torpaqlarının əllərindən alınması, mülklərinin müsadirə edilməsi, sökülmüş binaların yerində yaşayış məntəqələri salaraq buraya yəhudiləri yerləşdirirlər. Fələstinlilər isə hər gün davam edən qanunsuz işğal və tikintilərə onlara daş atma, həbsxanada aclıq aksiyası keçirmə, müxtəlif mitinqlərlə etirazlarını bildirirlər. 

 

Çox zaman sionist əsgərlərinin həyata keçirdiyi həbs reydləri ilə yanaşı sonradan məskunlaşdırılmış yəhudi sakinlər də fələstinlilərə qarşı hücumlar edirlər. Bu hücumlardan biri kimi dünən İordan çayının Qərb Sahilində yerləşən Hevron şəhərində fələstinli ailəyə məxsus avtomobilin yəhudi köçkünlər tərəfindən daşa  yaşlı uşağın üzündən yaralanmasını göstərmək olar. 

 

Myanma höküməti uzun illərdir ölkənin cənub qərbindəki Rakhayn ştatının yüz minlərlə müsəlmanına qarşı ayrıseçkilik edərək onlara müxtəlif zorakılıqlar, işgəncələr edir, yaşadıqları kəndləri yandırırlar. Myanma ordusunun müsəlmanlara qarşı tətbiq etdiyi bu zorakılıqlar yerli buddistlər də dəstək verirlər. Ölkənin böyük əksəriyyətinin buddist dininə etiqad edir. Və müəyyən yerli buddist rahibləri öz çıxışlarında müsəlmanları təhqir edərək yerli əhalini müsəlmanlara qarşı təhrik edirlər.

 

Bu kimi zorakılıq və çıxışlar sosial şəbəkələrdə yayımlanıb və indi bunlardan bəzilərini təqdim edirik. Görüntülər ürəyi zəif olanlara mənfi təsir edə bilər.

 

Myanma ordusunun əsgərlərinin vəhşilikləri:

 

Sionist İsrail ordusunun ərgərlərinin zorakılıq və hücumları

 

Qeyd edək ki, Myanma hakimiyyətinin müsəlmanlara qarşı tətbiq etdiyi kütləvi hücumlar nəticəsində indiyədək 500 mindən çox rohinca müsəlmanı qaçaraq qonşu Banqladeşə sığınıblar.

 

İsrailin hücumu nəticəsində doğma torpaqlarını tərk etməyə məcbur edilən qaçqınların sayı isə 6 milyondan çoxdur.

Sionist İsrail və Myanma hakimiyyətinin oxşar cəhətləri - VİDEO
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap