Ayətullah Məkarim Şirazi Las-Veqasdakı hücuma münasibət bildirib
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:34 PM
“Amerikada konsert festivalında çox sayda adamın qırğını ABŞ-da təhlükəsizliyin olmaması və ölkə polisinin əmin-amanlığı və nizam-intizamı qorumasında zəifliyini göstərir”
İslaminSesi.info TasnimNews-a
istinadən xəbər verir ki, bunu Ayətullah Məkarim Şirazi Qum şəhərinin Əzəm
məscidində fiqh dərsi zamanı deyib.
Ayətullah həmçinin
polisə və əzadarların təhlükəsizliyini təmin edən güclərə təşəkkür edərək,
Las-Veqasda baş verən silahlı hücuma münasibət bildirib;
“Amerikada
konsert festivalında çox sayda adamın qırğını ABŞ-da təhlükəsizliyin olmaması və
ölkə polisinin əmin-amanlığı və nizam-intizamı qorumasında zəifliyini göstərir”
Müctəhid həmçinin
qəmə vurmaq və İslama xələl gətirən işlərin qəbahətinə işarə edərək bildirib:
“Bu ilki İmam
Hüseyn (ə) əzadarlığının görüntüləri müxtəlif ölkələrdə əks-səda doğurub. Bu
Seyyiduş-Şühədanın (ə) əzəmətinin göstəricisidir...Həmd olsun Allaha ki, qəmə
vurmaq mərasimləri artıq azalıb. Qum şəhərində demək olar ki, əsla yoxdur. Bu,
dini işlərdə və faktlarda insanların şüurunun artırılmasının əlamətidir”.
Ayətullah gənclərin
əzadarlıq məclislərinə olan diqqətinin əhəmiyyətinə də toxunub və deyib: Allah
hər kəsə bu mərasimdə iştirak etməyi inayət eləsin.