Himalay dağlarının döşündə İmam Hüseyn (ə) aşiqlərinin rayonu-Foto
Posted on : Aşura 10/16/2017 1:00:34 PM
Skardu Pakistanın şimal-şərqində Himalay dağlarının döşündə əsasən 12 imami şiələrin yaşadığı möhtəşəm mənzərəli bir rayondur.
Dəniz səviyyəsindən 2280 metr
hündürlükdə yerləşən Skardu Pakistanın Qilqit-Baltistan əyalətində Hindistan və
Çin sərhədlərinə yaxın dağlıq ərazidədir.
Dünyadan gələn turistlərin və
alpinistləri özünə cəlb edən bir rayondur.
Bura bir əsrdən artıqdır ki şiələrin
məskənidir. İranda İslam İnqilabı qələbə çalandan sonra pakistanlılar Skardunu
“Kiçik İran” adlandırdılar.
Məhərrəm ayında bu rayon bütünlüklə
İmam Hüseyn əzasına qərq olur.
Məlumata görə Skardu Pakistanın ən təhlükəsiz
bölgəsidir. Burada indiyə qədər bir dəfə də olsun belə terror aktı baş verməyib.
Rayonun həbsxanasında da arətən iki adamdan artıq şəxs olmur.
Yerləşdiyi coğrafi ərazi və təmiz
havası və suyu dünyanın bütün yerlərindən turistlərin bura axınını təmin edir.
Məlumata görə bu rayondan Nəcəf və
Qumda dini təhsil alıb ölkəyə qayıtmış yüzlərlə alim var.
TasnimNews-un məlumatına görə son
illərdə Pakistanın müxtəlif bölgələrindən buraya gələn vəhhabi düşüncəli iş adamları
daha fəal olub. Onlar əsasən rayonun inzibati ərazisində kütləvi şəkildə yer və
obyektlər alamaqla məşğuldurlar.
Skardu camaatı rayonlarının Kərraçi
kimi bölgələrin taleyinə düçar olmaqdan qorxurlar./ İslaminSesi.info