AİP lideri Mövsüm Səmədov Azərbaycan xalqına təşəkkür etdi
Posted on : qafqaz 10/16/2017 1:00:34 PM
Bu gün Qobustan Qapalı Tipli Təcridxanasında AİP lideri Mövsüm Səmədov vəkili Yalçın İmanovla görüşüb. Bu barədə “İslaminSesi”nə vəkil Yalçın İmanovun özü məlumat verib
Vəkilin sözlərinə
görə, AİP lideri Mövsüm Səmədov Aşura mərasimləri ilə bağlı Azərbaycan xalqına
öz təşəkkürünü bildirib.
“Mövsüm Səmədov
Azərbaycan xalqının Aşura gününü hər il keçiriləndən daha da yüksək formada,
böyük sevgi və hüznlə qeyd etməsi ilə öz təşəkkürünü bildirdi. Və xalqımızın
tarixən olduğu kimi, hazırda da Əhli-Beyt(ə) məktəbinə böyük sevgi və məhəbbətlə
bağlı olduğunu və bağlılığın heç nə ilə aradan aparılmasının mümkün olmadığını
söylədi. ”
Xatırladaq ki,
M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə
sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə
ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan
Qapalı Tipli Təcridxanada saxlanılır. Dünyanın tanınmış Beynəlxalq Təşkilatları
tərəfindən siyasi məhbus kimi tanınır.