AİP-in sədr müavini uşaqların dini mərasimlərdə iştirakına qarşı çıxılmasına reaksiya verib
Posted on : qafqaz 10/16/2017 1:00:34 PM
"Aşuranı anlamayanlar cəmiyyətdə nümunə sayıla bilməzlər”
İRİB-in
Bakıdakı ofisinin İslamınsesi saytına istinadla verdiyi məlumata görə, bu sözləri
AİP-in sədr müavini Akif Heydərli deyib.
Onun sözlərinə
görə, “Təəssüflər olsun ki, milyonlarla insanın qəlbində yaşayan İmam Hüseyn (ə)
sevgisi bəzi dar təfəkkürlü şəxslər tərəfindən həzm olunmur”
AİP-in sədr
müavini əlavə edib: "Bütün təzyiq və qadağalara baxmayaraq müsəlman ölkəsi
olan Azərbaycanda Kərbəla faciəsi böyük izdihamla yad edilir. Hər il Aşura
günündə milyonlarla insan məscidlərə axışaraq İmam Hüseyn (ə)-a və Kərbəla şəhidlərinə
əza saxlayır. Təəssüflər olsun ki, milyonlarla insanın qəlbində yaşayan İmam
Hüseyn (ə) sevgisi bəzi dar təfəkkürlü şəxslər tərəfindən həzm olunmur. Məhz bu
səbəbdən də Kərbəla müsibətinə müxtəlif don geyindirməklə, İslamın bətnində
qara yara olan bu faciənin əsl mahiyyətini gizlətməyə çalışırlar. Lakin
unudurlar ki, “İnsanların qəlbindəki İmam Hüseyn (ə) məhəbbətini Allah özü
qoruyur”.
Azərbaycan
İslam Partiyasının funksioneri Akif Heydərlinin sözlərinə görə, Aşura mərasimləri
Azərbaycanda ildən-ilə daha geniş və izdihamlı formada keçirilir: “ Təəssüflər
olsun ki, buna qısqanclıqla və hətta açıq etirazlarla yanaşan insanlar da var.
Lakin bu cür şəxslərin sayı olduqca azdır. Onların bu cür dar düşüncəli fikirləri
isə yalnız ikrah doğurur. Xüsusilə bəzi millət vəkillərinin Aşura mərasimlərinə
sərgilədikləri qeyri-insani münasibətlər cəmiyyət tərəfindən kəskin pislənilir.
Bu cür şəxslərin nəinki Milli Məclisdə, həmçinin İmam Hüseyn(ə) sevgisi ilə
yaşayan Azərbaycan cəmiyyətində yeri yoxdur”.
Akif Heydərli
qeyd edib ki, İmam Hüseyn (ə) sevgisi insanların fitrətindədir: “Bu sevgini
onların qəlblərindən çıxarmaq mümkün deyil. Kərbəla faciəsinin əsl mahiyyətini
dərk etməyən cahil insanlar nəinki qanunverici orqanda, o cümlədən cəmiyyətdə
belə nümunə sayıla bilməzlər. Bizim cəmiyyətimizin bu cür insanlardan təmizlənməsi
vacibdir”.