header

 AİP-in sədr müavini uşaqların dini mərasimlərdə iştirakına qarşı çıxılmasına reaksiya verib

"Aşuranı anlamayanlar cəmiyyətdə nümunə sayıla bilməzlər”

İRİB-in Bakıdakı ofisinin İslamınsesi saytına istinadla verdiyi məlumata görə, bu sözləri AİP-in sədr müavini Akif Heydərli deyib.

 

Onun sözlərinə görə, “Təəssüflər olsun ki, milyonlarla insanın qəlbində yaşayan İmam Hüseyn (ə) sevgisi bəzi dar təfəkkürlü şəxslər tərəfindən həzm olunmur”

 

AİP-in sədr müavini əlavə edib: "Bütün təzyiq və qadağalara baxmayaraq müsəlman ölkəsi olan Azərbaycanda Kərbəla faciəsi böyük izdihamla yad edilir. Hər il Aşura günündə milyonlarla insan məscidlərə axışaraq İmam Hüseyn (ə)-a və Kərbəla şəhidlərinə əza saxlayır. Təəssüflər olsun ki, milyonlarla insanın qəlbində yaşayan İmam Hüseyn (ə) sevgisi bəzi dar təfəkkürlü şəxslər tərəfindən həzm olunmur. Məhz bu səbəbdən də Kərbəla müsibətinə müxtəlif don geyindirməklə, İslamın bətnində qara yara olan bu faciənin əsl mahiyyətini gizlətməyə çalışırlar. Lakin unudurlar ki, “İnsanların qəlbindəki İmam Hüseyn (ə) məhəbbətini Allah özü qoruyur”.

 

Azərbaycan İslam Partiyasının funksioneri Akif Heydərlinin sözlərinə görə, Aşura mərasimləri Azərbaycanda ildən-ilə daha geniş və izdihamlı formada keçirilir: “ Təəssüflər olsun ki, buna qısqanclıqla və hətta açıq etirazlarla yanaşan insanlar da var. Lakin bu cür şəxslərin sayı olduqca azdır. Onların bu cür dar düşüncəli fikirləri isə yalnız ikrah doğurur. Xüsusilə bəzi millət vəkillərinin Aşura mərasimlərinə sərgilədikləri qeyri-insani münasibətlər cəmiyyət tərəfindən kəskin pislənilir. Bu cür şəxslərin nəinki Milli Məclisdə, həmçinin İmam Hüseyn(ə) sevgisi ilə yaşayan Azərbaycan cəmiyyətində yeri yoxdur”.

 

Akif Heydərli qeyd edib ki, İmam Hüseyn (ə) sevgisi insanların fitrətindədir: “Bu sevgini onların qəlblərindən çıxarmaq mümkün deyil. Kərbəla faciəsinin əsl mahiyyətini dərk etməyən cahil insanlar nəinki qanunverici orqanda, o cümlədən cəmiyyətdə belə nümunə sayıla bilməzlər. Bizim cəmiyyətimizin bu cür insanlardan təmizlənməsi vacibdir”.  

"Aşuranı anlamayanlar cəmiyyətdə nümunə sayıla bilməzlər”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap