Peyğəmbəri təhqir etmək haqqında ayətüllah Məkarim Şirazinin bəyannaməsi
Posted on : Təhlil 10/16/2017 12:59:37 PM
düzün axtarsaq qərb siyasətçilərinin siyasi ağlı yoxdur
Bəyannamənin bir hissəsində deyilir: düzün axtarsaq qərb siyasətçilərinin
siyasi ağlı yoxdur. Yoxsa kiçik bir dəstənin cinayəti üstündə islam dünyası ilə
qarşılaşmazdılar, məntiqi düşünmək əvəzinə adventurizmə qapılmazdılar. Bunlar adventurizmə
qapılaraq birinci və ikinci dünya müharibəsini törədənlərin övladıdırlar. Ölkələrini
təxrib etdilər on miliyonlarla itki, on miliyonlarla yaralı və əlil əmələ gətirdilər.
Bir az düşünsələr yaxşı olardı. Onlar söz azadlığının düzgün mənasını bilməli, adventurizmdən
əl çəkməli və dünya müsəlmanlarından üzr istəməlidirlər ki, dünyanı sabitsizliyə
və hərc-mərcə sövq etdirməsinlər.