Gəncədə Aşuradan dərhal sonra kütləvi həbslər başlayıb
Posted on : qafqaz 10/16/2017 1:00:34 PM
30-dan artıq dindarın saxlandığı, onların Gənşənin polis rəisi Faiq Şabanovun rəhbərliyi ilə işgəncələrə məruz edildiyi bildirilir.
Gəncədə 30-dan
artıq dindar həbs olunub. Onların bir qismi Gəncə Şəhər Baş Polis İdarəsində,
qalanı isə Kəpəz Rayon Polis İdarəsindədir. Saxlanılan şəxslərin işgəncə
altında olduqları, bu prosesə şəxsən Gəncənin polis rəisi Faiq Şabanovun rəhbərlik
etdiyi bildirilir. Bu haqda “Azadliq.info”ya Gəncədəki mənbələr məlumat veriblər.
Mənbənin sözlərinə
görə, Gəncə Şəhər İcra Hakimiyyətnin başçısı Elmar Vəliyevin göstərişi ilə
sentyabrın 30-da Gəncədəki məscidlər bağlanmışdı. Ona görə də Gəncənin və ətraf
rayonların sakinləri İmamzadə ziyarətgahına axın edirdilər. Adamların çoxluğunu
görən məsul şəxslər “İmamzadə”nin qapısını bağlayıblar və gələnlər kompleksə
buraxılmayıblar. Bu səbəbdən, adamlar narazılıq ediblər və nəticədə qarşıdurma
yaranıb. Əraziyə çoxlu sayda polis gətirilib. Polislər narazılıq edən vətəndaşlara
qarşı güc tətbiq ediblər.
Mənbə deyir ki,
nəticədə “İmamzadə”nin qapıları açılıb və oktyabrın 1-də orada Aşura mərasiminin
keçirilməsinə imkan verilib. Amma mərasim başa çatan kimi Gəncədə kütləvi həbslər
başlanıb. Sentyabrın 30-da baş vermiş hadisə ilə əlaqədar kameralara düşən şəxslər
zorakılıqla evlərindən çıxarılaraq, polis idarəsinə aparılıblar.
Hadisə ilə
bağlı Gəncə Şəhər Prokurprluğunda cinayət işinin başlandığı bildirilir. Həbs
olunanların sayının artacağı istisna olunmur.