Bu gün Azərbaycanın Xocavənd rayonunun işğalından 25 il ötür
Posted on : qafqaz 10/16/2017 1:00:34 PM
Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.
Sahəsi 145 647
hektar olan Azərbaycanın Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni
işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu
1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və
Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458
kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri -
rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
Xocavəndin yüzdən
çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.
Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində
ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən)
operativ mərkəz"in əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən
narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna
və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və
digər ölkələrə satılır.
Xatırladaq ki,
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m
olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi
kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən,
üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100
illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində
Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar
da kəsilib./ Maide.Az