Azərbaycan R-da məhərrəmliyin başlanması əzəməti
Posted on : qafqaz 10/16/2017 1:00:34 PM
Məhərrəm ayının başlanması ilə Azərbaycan Respublikasının məscidləri və dini məkanları da özünəməxsus əhval-ruhiyyə tapıblar və Aşura məktəbinin vurğunları bu məkanlarda olub, əzəmətli əzadarlıq keçirməklə öz mövlaları olan Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-a olan məhəbbətlərini ifadə edirlər.
Azərbaycan Respublikasının müsəlman
xalqı dünən gecədən etibarən əzadarlıq dəstələri təşkil edərək, qızılı Hüseyn(ə)
məktəbinə öz iradəsini nümayiş etdirir.
Bu əzadarlıqlar Azərbaycan
Respublikasının bütün məntəqələrində keçirilir və bu ölkənin paytaxtı Bakıda
"Məşhədi Dadaş" məscidi kimi bəzi məscidlərdə əzadarlıq mərasimləri özünəxas
görüntüyə malikdirlər.
Natiqlər də bu məscidlərdə Həzrət
Əba Əbdillah Əl-Hüseyn(ə)-ın və onun sadiq silahdaşlarının qiyamı fəlsəfəsi
haqda çıxışlar edirlər.
Bu əzadarlıqlar hər gecə keçiriləcək
və Aşura günündə özünün kulminasiya nöqtəsinə çatacaqdır.
Azərbaycan Respublikasının bəzi məscidlərində
əzadarlıq mərasimləri səfər ayının sonunadək davam edəcəkdir.