Ermənistan iki əsgərini itirdi
Posted on : Təhlil 10/16/2017 12:59:37 PM
Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında yerləşən erməni silahlı qüvvələri iki hərbçisini itirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, erməni tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 3-dən cəbhədə 9 hərbçisini itirib, 4 hərbçi ağır yaralanıb. Ermənistan və Azərbaycan bir-birlərini atəşkəsi pozmaqda və cəbhədə provokasiya yaratmaqda süçlayırlar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.