Müdafiəçi
bu haqda “Azadliq.info”ya açıqlamasında bildirib ki, hər iki şəxs
həbsxana əməkdaşının müşayiəti altında görüşə gətirilərkən əlləri
arxadan qandalla bağlı vəziyyətdə olub. Amma vəkil deyir ki, yerli
qanunvericiliyə görə, onlara əl qandalı bu şəraitdə tətbiq edilə bilməz.
Fariz Namazlı bununla əlaqədar həbsxana rəhbərliyinə yazılı müraciət
edəcəyini də bildirib.
“Abbas
Hüseynov xeyli arıqlayıb, bədənində hələ də işgəncə izlərinin bəziləri
qalmaqdadır. Həbsxananın həkimi onu yalnız vizual olaraq müayinə edib.
Abbas Hüseynov aldığı xəsarətlər, həmçinin gözünün yoxlanması və
dərisində allergiya olmasına görə həkim müayinəsindən keçməsini tələb
edib. Lakin həbsxana rəhbərliyi bildirib ki, onların belə ixtisaslaşmış
həkimləri yoxdur, Müalicə Müəssisəsinin həkiminin nə zamansa gələcəyini
gözləmək lazımdır”, – deyə vəkil bildirib.
Nardaran
məhbusları müdafiəçi ilə görüşlərində susuzluqdan da şikayətləniblər.
Fariz Namazlının sözlərinə görə, həbsxanada su problemi var, gündə cəmi 3
saat su verilir.
Xatırladaq
ki, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Abbas
Hüseynov bundan əvvəl avqustun 8-də vəkili ilə görüşərkən həbsxanada ona
verilən dəhşətli işgəncələrdən – 42 dərəcə istidə açıq havada dəmir
borulara bağlanıb döyülməsindən, həbsxananın rəisinin öz otağında
dəyənəklə ona çoxsaylı zərbələr endirməsindən, təmirsiz, qan ləkələri və
soxulcanlarla dolu “kars” otağında saxlanmasından danışmışdı.