İslamınSəsi
bildirir ki, "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi
ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən və hazırda
zamində olan Ə.Bünyatovun məhkəməyə gəlmədiyi elan olunub.
Proses sentyabrın 5-dək təxirə salınıb.
Qeyd
edək ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3,
214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci
maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu
Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs
olunaraq Sanunçu Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati
həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında
Bakı Apellyasiya Məhkəməsinin qərarilə Sabunçu Rayon Məhkəməsinin qərarı
ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını
müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.
Sonradan cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib.
E.İsgəndərov
axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən
həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.
Xatırladaq
ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı
şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat
zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə
Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu
Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu
Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev,
Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev,
Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu
Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev,
Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov
saxlanılaraq istintaqa təqdim edilib. Daha sonra Azərbaycan Xalq Cəbhəsi
Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı da saxlanılıb.
Bakı
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov
20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17
il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil
Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz
Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin
hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.