header

 İmam (ə) ordusunda Qarabağın azadlığı

Biz müsəlmanlar imkan verməməliyik ki, bizim dərdimizlə BMT, Avropa Şurası, ATƏT kimi qurumlar məşğul olsun

Bu il İmam Cavadın (ə) şəhadəti (29 zilqədə – 22 avqust) ilə Füzulinin qəsbkar erməni işğalçıları tərəfindən işğala məruz qalması (23 avqust 1993) eyni günlərə təsadüf edib. Təqribən bir neçə gündən sonra isə İmam Muhəmməd Baqirin(ə) şəhadəti (7 zilhiccə – 29 avqust) ilə Qubadlının işğalı (31 avqust 1993) eyni günlərə təsadüf edəcək. Yəni, 22 və 29 avqust tarixlərində iki əziz imamın şəhadət günləri bütün müsəlman ölkələrində qeyd ediləcəksə, bütün dünya müsəlmanları bu qəmə şərik olacaqsa həmin tarixlərdən bir gün sonra təkcə Azərbaycan müsəlmanları rayonlarının işğal gününün yasını tutacaq. Elə ən pisi də odur ki, bu gün müsəlman dünyasında təəssüf ki, işğal günləri bütün müsəlmanların ortaq yarası və müştərək dərdi hesab edilmir. Halbuki necə ki, İmamın (ə) şəhadət gününü bütün İslam dünyasında qeyd edirlər, həmin müsəlmanlar öz müsəlman qardaşlarının torpaqlarının işğal edildiyi günləri də hamılıqla qeyd etməli və dünyaya çatdırmalıdır. Təbii ki, bu nəinki dindarlar hətta qeyri-dindarlar arasında da artıq uzun illərdir kök salmış bir ənənə və mədəniyyətdir.
İki cəhətdən bu məsələyə aydınlıq gətirə bilərik. Birincisi odur ki, sabah İmam Zaman (ə.f) ağa zühur edəndə onun ordusunda cihad edən möminlər bütün məzlumların imdadına çatacaq və qəsb edilmiş bütün torpaqları vahid müsəlman torpağı və bayrağı altında birləşdirəcək. Hansı mömin “Füzulinin işğaldan azad edilməsi Azərbaycan möminlərinin daxili məsələsidir” deyəcək? Heç bir mömin. İkincisi bundan ibarətdir ki, hal-hazırda da İmam Zaman (ə.f) naiblərindən olan Seyid Əli Xamenei (Allah vücudunu salamat eləsin) buyurub ki, Qarabağ müsəlman diyarıdır, orada ölən şəhiddir. Fikir verin məsum imamlarımız (ə) şəhid, indiyədək Qarabağda vuruşan və dünyalarını dəyişən müsəlmanlar şəhid, həmçinin sabah İmam Zamanın (ə.f) ordusunda cihad edib öldürülənlər də şəhid. Həmçinin günü bu gün vətən uğrunda, torpaqlarımızın müdafiyəsi üçün öldürülsək şəhid hesab ediləcəyik. Deməli, əslində biz müsəlmanlar şəhadət bayrağı atında birləşməliyik.
Bundan əlavə qeyd ediləsi zəruri hesab edilən bir nöqtə də bundan ibarətdir ki, hal-hazırda müsəlman dünyasının Fələstin kimi bir ortaq dərdi var. Məlum olduğu kimi hər mübarək Ramazan ayının son Cümə günündə demək olar ki, dünyanın bütün ölkələrində Fələstinə azadlıq, İsrailə ölüm şüarları səsləndirilir. Heç də təsadüfi deyildir ki, bu işin baiskarı başqa bir İmam Zaman (ə.f) naibi və fədaisi olan mərhum İmam Xomeynindir (r). Deməli, müsəlmanlar bir bayraq, bir şüar altında birləşməyi bacarırlar. Təbii ki, Fələstin zülmün ifşası üçün yaxşı fürsətdir. Bütün müsəlmanların bir-birinin dərdinə şərik olması üçün hər bir dərddən ötrü ayrı-ayrı xüsusi çağırılara ehtiyac yoxdur. Fələstin azadlıq rəmzidirsə, burdan yola çıxaraq digər müsəlman torpaqlarının işğaldan azad edilməsi üçün də İslam dünyası səylər etməlidir. Fələstin mübarizəsindən ilhamlanmalı və həmin məsələni Qarabağ, Suriya, İraq, Kəşmir və s. müsəlman əraziləri üçün də tətbiq etməliyik.
Biz müsəlmanlar imkan verməməliyik ki, bizim dərdimizlə BMT, Avropa Şurası, ATƏT kimi qurumlar məşğul olsun və biz də hər dəfə “dünya birliyi bu ədalətsizliyə hələ də dözür” deyək. Bundan sonra da “dözəcəklər”, çünki biz özümüz heç bir iş görmürük. Bütün dünyanı, beynəlxalq təşkilat və qurumları, dünya müsəlmanlarını, İranı bu işdə günahkar çıxarırıq. Amma Qarabağın işğalının işğalçı Ermənistandan sonra ən böyük günahkarı özümüzük. Çünki indiyədək boş-bekar oturub kimlərinsə gəlib Qarabağı alıb bizə verəcəyini ümid edirik. Bəzən İranın Fələstinə, hazırda Suriyaya, İraqa yardım etməsini və Azərbaycana, xüsusilə Qarabağ münaqişəsinə biganə yanaşmasını iddia və bu işi tənqid edənlər var. Hətta bəzi adamlar tapılır ki, çıxıb rahatlıqla İran istəsə Qarabağı alıb bizə verə bilər deyir. Amma unuduruq ki, fələstinlilər əllərində silah olmasa belə sionist texnikasını daş-kəsəklə qovmağı bacarırlar. Bəs biz nə edirik? Biz isə ancaq “LAZIMIN” gəlişinə “ümid bəsləyirik”. Əlbəttə, içimizdə mütləq bir xilaskarın gəlib bizi xilas etməsi ümidi vardır. Amma bu xilaskar “LAZIM” kimi miflər, əfsanələr, saxta qəhrəmanlar olmamalıdır. Biz özümüz öz xilaskarımıza çevrilməliyik. Üstəlik, vəd edilən Məhdinin (ə.f) zühuru da yaxındır. Amma İmam (ə.f) gəlsə biz onun hüzuruna hansı üzlə çıxacaq, ordusuna hansı güclə qoşulacağıq. Halbuki 20 faiz torpaqları işğaldan azad edə bilmirik. Bütün dünyanın zülmdən azad olmasını necə təmin edə biləcəyik.
Son sözü məsum İmamın (ə) kəlamı ilə bitirmək istərdim. İmam Rza (ə) buyurur: Allahdan cənnət istəyib çətinliklərə dözməyən özünü ələ salmışdır.” Bəli, biz əgər cənnət istəyiriksə, bilməliyik ki, əziz Peyğəmbərimiz (s) “vətəni sevmək imandandır” buyurub. Yəni, vətəni qorumaq cənnəti qazanmağımıza səbəb ola bilər. Bir halda ki, vətən uğrunda ölən hər bir müsəlman şəhiddir və şəhid sorğu-sualsız cənnətə daxil olan şəxsdir. Bundan əlavə Qarabağı cənnətə bənzətdiyimiz anlar da az olmayıb. Buna görə də səy göstərib həm bu dünyanın cənnətini qazanmalıyıq, həm də o dünyanın cənnətinə sahiblənməliyik.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap