header

 Dövlət Komitəsi özünün nə danışdığını bilməməsi dövrünü yaşayır

Bu komitə hazırda nə danışdığını heç özü də bilmir. Təzadlar, ixtilaflarla dolu bəyanatlar sadir edir.

Hər dəfə bu mövzu gündəmə gəlir, yeri gəldi-gəlmədi. Sanki bu məsələni bilərəkdən, qərəzli şəkildə qurdalayanlar mövcuddur. Söhbət dini təhsil və tədrisin ölkədəki təhsil ocaqlarında, daha dəqiq orta məktəblərdəki tətbiqindən gedir. (Əlbəttə, belə bir tətbiq hazırda mövcud deyil, bəs deyilsə olmayan şeydən söhbət necə gedə bilər? Bir az qarışıq məsələ oldu) Demək olar ki, bu söz-söhbətləri ilk dəfə eşidən zamanın məktəblisi artıq uşağının əlindən tutub onu məktəbə aparır. Uşağı da məktəbdən qayıdıb valideynlərinə bu barədə məlumat verdikdə atası deyir ki, bala, mən sənin yaşda olanda bu söz-söhbətlər var idi. Eyniylə şəhərin bəzi yerlərində "plana gedən" evlər kimi.
İşin insanı həyatdan, məktəblini məktəbdən, lap elə dövləti Mübariz Qurbanlının rəhbərlik etdiyi komitədən bezdirən tərəfi odur ki, bir var dini tədris məktəblərdə icra edilir və söz-söhbət gəzəndə istər-istəməz övladının sağlam ruhda böyüməsini arzu edən valideyn narahat olur, bir də var ümumiyyətlə bu iş məktəblərdə onsuz da yoxdur, bunu niyə gündə Milli Məclisin bir qəpik dəyəri olmayan gündəliyində duran məsələlər kimi ortaya çıxarırlar. 
Dəhşətlisi budur ki, yaranan gündən intibah üzünə həsrət qalan Dini Komitə bu günlərdə özünün lap tənəzzül, başqa sözlə ölüb yerin dibinə girmək dövrünü yaşayır. Çünki bu komitə hazırda nə danışdığını heç özü də bilmir. Təzadlar, ixtilaflarla dolu bəyanatlar sadir edir.
Sonuncu dəfə Komitənin məsul işçisi, spikeri, nə bilim sədr müavini Gündüz bəy əcaib-qəraib açıqlama verib. Müsahibəni yayan saytların dediyinə görə Gündüz bəy deyib ki, orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Ümumilikdə komitənin rəyi budur. Lakin burada bir məsələ unudulmamalıdır. O da bu ölkədə "böyük-böyük" danışmağın, başqa sözlə "yekəxanalığın" insana baha başa gəlməsi məsələsidir. (Misal üçün baş nazirin müavini Əli Həsənovun oğlunu öyməsi fraqmentini xatırlaya bilərsiz) İndi Komitə sədri, yaxud onun müavini dini tədrisdən söhbət gedə bilməz deməzdən öncə yüz ölçüb bir biçməliydi. Çünki bu cür təkidlə söz demək "ağır söhbətdir". Sabah dövlət başçısı bundan ötrü xüsusi tapşırıq versə Dövlət Komitəsi "qələt edib, başımızı divara vurmuşuq" deyəcəkmi?
İşin təzadlarla dolu tərəfi bundan ibarətdir ki, komitə deyir dini tədrisdən söhbət gedə bilməz. Bu bilirsiz nə deməkdir, o deməkdir ki, bir var bu məsələ barəsində müzakirələr, söz-söhbətlər gedir və bu, insanda ümid yaradır ki, bəlkə oldu. Çünki Mübariz Qurbanlının Dini Komitəyə, Siyavuş Novruzovun Milli Məclisdə məzarlar, mollalar, ehsan süfrələri ilə əlaqəli olan şöbəyə rəhbərlik etdiyi əcaib-qəraib zamanda, axirəz-zamanda (dünyanın axırıdır) yaşayırıq. Olmadı elə-oldu belə, fələyin çərxi döndü, dini tədrisə başlanıldı. Amma bir də var deyirsən söhbət belə gedə bilməz. Yəni nəinki özü məktəblərdə baş tuta bilməz, heç bunun sözü belə gedə bilməz. De gəl ki, müsahibənin davamında deyir ki, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Yaxşı bu necə ola bilər? Axı, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları dini tədrisin bir parçası sayılır. Digər tərəfdən deyirsən ki, dini tədrisdən söhbət gedə bilməz. Burada təzad əmələ gəlmirmi? Daha sonra cənab sözçü deyir ki, Azərbaycanda dini durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir. Bu məqamda isə təkidlə dolu "dinin tədrisindən söhbət gedə bilməz" ifadəsi bir başqa təkidlə dolu olan " böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir" ifadəsiylə ziddiyyət təşkil etmirmi? (Bir var təkcə vacibdir, bir də var olduqca vacibdir) Yaxud da biz dünyəvi ölkə olmadığımız üçün bizdə bu olduqca vacib deyil. Bəs dünyəvi ölkə deyiliksə deməli dini ölkəyik, dini ölkəyiksə bəs niyə dini tədrisə həsrət qalıb balalarımız?
Deməli, görünən odur ki, yaxaya qalstuk, gözə eynək vurmaqla deyil, beş-altı kitab sözü əzbərləyib robot kimi tez-tez təkrarlamaqla düzələn deyil bu kimi məsələlər. Düzgün fikir, sağlam təfəkkür, faydalı təklif ortaya qoymaq lazımdır. İki sözü bir-biriylə təzadlı olan insanlara vacib deyil ki, kamera və mokrofonlar önünə çıxıb ağzına gələni danışsın. Ondansa ağıza su alıb susmaq lazımdır. Bu iş pis iş deyila, ariflər daha çox susmağa üstünlük veriblər.

Bu komitə hazırda nə danışdığını heç özü də bilmir. Təzadlar, ixtilaflarla dolu bəyanatlar sadir edir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap