Qubad İbadoğlu bəyanat yaydı
Posted on : qafqaz 10/16/2017 1:00:32 PM
Qubad İbadoğlu bəyanat yaydı
Azərbaycan
Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu dünən
"Turan" informasiya agentliyinin ofisində aparılan axtarışla bağlı bəyanat
yayımlayıb. Bəyatanda deyilir:
"Vergilər
Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələrinin
"Turan" İnformasiya Agentliyində axtarışını sifarişli hesab edir, onu
müstəqil mediaya qarşı təzyiq kimi qiymətləndirirəm. Belə ki, "Turan"
informasiya agentliyi nəinki şəffaf və hesabatlı fəaliyyəti ilə seçiib, həmçinin
dövlət orqanlarının bu sahədəki nöqsanlarına həsr olunmuş yüzlərlə analitik
yazı dərc edərək, özünün qanunun aliliyinə və bu dəyərlərə hörmətini dəfələrlə
nümayiş etdirib. "Turan" informasiya agentliyi Azərbaycan media
tarixində önəmli yer tutan, peşəkar və qərəzsiz fəaliyyəti ilə müxtəlif mövqelər
arasında balansı gözləyən müstəqil informasiya mənbəyi kimi uzun illərin
sınağından çıxaraq hazırkı maliyyə çatışmazlığı və çətinliklər şəraitində daimi
sifətini qoruyan, ağıllı layihələri ilə oxucuların rəğbətini qazanan azsaylı
media instututudur və əsil jurnalistika məktəbidir. Odur ki, "Turan"
informasiya agentliyinə qarşı təzyiqər bir daha göstərdi ki, Azərbaycanda
mövcud hakimiyyət alternativ fikirə, müstəqil düşüncəyə, analitik şərhlərə və
mövqelərə qarşı amansız və dözümsüzdür."