Azərbaycan millilərinin maaşlarının ödənməməsi böhranı
Posted on : qafqaz 10/16/2017 1:00:32 PM
Azərbaycan Respublikasını dünya idman arenalarında təmsil edən millilər maaşlarının ödənməməsinə etiraz ediblər.
Qafqaz Mədəniyyət
Mərkəzinin Azərbaycanın hürriyyət internet portalına istinadla verdiyi məlumata
görə, Azərbaycanın boksçularından Emin İsmayılov maaşının ödənməməsinə etiraz
olaraq Azərbaycan İdman və Gənclər Nazirliyinin binası qarşısında üzərinə
benzin tökərək özünü yandırmaqla hədələyib.
Bu boksçu
deyib: Üç ildir ki, maaşları verilməyib.
Azərbaycan
milli komandasının bir qrup güləşçisi də Güləş Federasiyası binasının önünə
toplaşaraq maaşlarının gecikməsinə etiraz ediblər.
Bu arada Azərbaycan
klublarından birinin heyətinə qatılan Azərbaycan yığmasının efiopiyalı qaçış
üzrə idmançısı İngiltərənin Qardian qəzeti ilə müsahibədə deyib: Azərbaycanda məndən
idman qulu kimi istifadə etdilər və mənə vəd etdikləri pulu vermədilər.
Həmçinin
virtual.az internet portalı da Türkiyənin Hürriyyət qəzetinə istinadla
bildirib: Türkiyədə azərbaycanlı yüngül atlet Ramil Quliyev Azərbaycana
qayıtdığı halda həbs olunmaqla hədələnib.