Nabranda güllələndiyi deyilən polis rəisindən açıqlama
Posted on : qafqaz 10/16/2017 1:00:30 PM
Yaralandığı haqda informasiya yayılan polis rəisi hazırda Bakıda, işinin başında olduğunu deyib.
Yerli KİV-lərdə
Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı
Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən
birində hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi
haqda xəbər yayılıb.
Həmin xəbərdə
iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Lakin xəstəxanadan bildiriblər ki, onlara bu adda xəstə daxil
olmayıb.
Yaralandığı
haqda informasiya yayılan polis rəisi virtualaz.org-a hazırda Bakıda, işinin
başında olduğunu deyib.
“Mən anlamıram
ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə
Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır” -
polkovnik-leytenant Samir Xanbabayev bildirib.
Sayt yazır ki,
polis zabiti kifayət qədər gümrah səslə danışıb. Bu isə onun səhhətinin yaxşı
olmasından xəbər verir. / islamazeri