header

 Tale Bağırzadə Qobustan həbsxanasına köçürüldü

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə Qobustan Qapalı Həbsxanasına köçürülüb

Bu barədə Rakurs TV-yə onun yaxınları məlumat verib.

 

Məlumata görə, ilahiyyatçı bu gün səhər saatlarında Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından Qobustan Qapalı Həbsxanasına göndərilib.

2015-ci il noy

abrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı 2 polis və hadisə yerində olan 4 nəfər həlak olub. Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Məhkəmənin 25 yanvar 2017-ci il tarixli qərarı ilə T.Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

 

20 iyul 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin cəzalarının dəyişdirilmədən, olduğu kimi saxlanması barədə qərar verib.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

 

T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. / İslaminSesi

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə Qobustan Qapalı Həbsxanasına köçürülüb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap