Azərbaycanlı nümayəndələr Ərdəbildə Şah İsmayılla bağlı tədbirlərə qatılacaq
Posted on : Ərdəbil 10/16/2017 1:00:30 PM
Azərbaycanlı nümayəndələr Ərdəbildə Şah İsmayılla bağlı tədbirlərə qatılacaq
Qarabağ Azadlıq
Təşkilatının (QAT) sədri Akif Nağı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının
sədri Rövşən Əhmədli, tanınmış vəkil, hüquqşunas Elçin Qəmbərov,
araşdırmaçı-jurnalist Arzu Abdulla Ərdəbildə Şah İsmayıl və Səfəvilər dövrünə həsr
olunmuş tədbirlərə qatılmaq üçün İrana yola düşüblər.
QAT mətbuat
xidmətindən FaktXəbər-ə verilən məlumata görə, həmin şəhərdə Şeyx Səfi abidə-kompleksində
və digər yerlərdə konfrans, görüş və sair tədbirlərin keçirilməsi nəzərdə
tutulur. QAT sədri Akif Nağı
bildirib: “Bu cür müştərək tədbirlərin
keçirilməsi, səmərəli müzakirələrin aparılması tarixi həqiqətlərin ortaya
çıxarılmasına xidmət edir. Ona görə də təqdir olunmalıdır. Biz eyni zamanda bu dəfə də səfər boyunca
Qarabağ həqiqətlərinin çatdırılması,
kitab və disklərin paylanması istiqamətində işlərimizi görəcəyik”.