Faiq Əmirliyə hökm oxunub
Posted on : qafqaz 10/16/2017 1:00:29 PM
Bu gün Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Aytən
Əliyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər. Onlar bəraət
hökmünün çıxarılmasını istəyiblər.
Müşavirədən
sonra hökm elan edilib. Hökmə əsasən, F. Əmirli 3 il 3 ay müddətinə azadlıqdan
məhrumetmə və 39 min manat cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki,
F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin
283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin
alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı
olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən
edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən
istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra
Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası
adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların
sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların
hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini
yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə
qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Onun avtomobilindən Fətullahçı
Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.(APA)