Keçmiş keşikçi və Ayətullah Mərəşi Nəcəfinin əhvalatı - Ustad Füruği
Posted on : Ərdəbil 10/16/2017 1:00:29 PM
Keçmiş keşikçi və Ayətullah Mərəşi Nəcəfinin əhvalatı
Möminlərin də
başqalarının əməllərini görmələri mümkündür. Bəzən Allah birini islah etmək
üçün möminlərə onun əməlini görməyə izn verir. İslah məqsədi ilə olmasa, Allah
buna izn verməz. Çünki O, eybləri örtəndir.
Ayətullah əl-üzma
Mərəşi Nəcəfinin vurğunlarından olan bir nəfər tacir deyirdi: “Zülmkar şah
zamanında keşikçi idim. Günlərin birində 15-16 yaşında bir gəncin Mercedes-Benz
maşınında sükan arxasında oturduğunu gördüm. Onun sürücülük vəsiqəsi olmadığına
əmin oldum. Maşını saxladım. O, göy rəngli beş tümənlik çıxarıb mənə verdi.
Pulu alıb, onun tez ordan uzaqlaşmasını istədim”.
Həmin gün qüsl
etməli idim. Özlüyümdə fikirləşdim ki, ümumi hamama gedib, bu pulu verib qüsl
edərəm. Bu fikirdə idim ki, görüm, Ayətullah Mərəşi Nəcəfi sübh namazı qılmaq
üçün hərəmə gedir. O, öz yolunu dəyişib, mənim keşikdə dayandığım qapıya tərəf
gəldi. Qapının ağzında dayanaraq məni çağırdı. Göy rəngli beş tümənlik mənə
verib dedi: “Haram pul ilə qüsl etmək icazəli deyil və qüslü batil edir”.
Fikrə daldım!
Dedim, əgər bu insandırsa, bəs onda mən kiməm?!
Sübhün ilk çağı
idarəyə gedib, istefa verdim və Ayətullah Mərəşi Nəcəfinin müridi oldum ki,
insan olum. / İslamazeri.com
Ustad Furugi