Ayətullah Sistani Qarabağ problemi barədə danışdı
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:29 PM
Bütün məzlum xalqlar üçün, eləcə də Azərbaycan xalqı üçün hər gün dua etdiyini söyləyən Ayətullah Sistani neft və qazla zəngin olduğu üçün böyük dövlətlərin həmişə Azərbaycanda gözü olduğunu deyib: “Qarabağ problemi də böyük dövlətlərin çirkin bir oyunudur."
Nüfuzlu islam
alimi Ayətullah Seyyid Əli Sistani İraqda səfərdə olan azərbaycanlı zəvvarlarla
görüşüb. Görüşdə iştirak edən "İnterAz" televiziya kanalının bədii rəhbəri
Oktay Quliyevin verdiyi məlumata görə, görüş zamanı Ayətullah Sistani ölkəmiz
barədə çox maraqlı məqamlara toxunub. O qeyd edib ki, uzun illər əvvəl
repressiyaya görə, Azərbaycandan qaçaraq Məşhədə gedən böyük alimlərdən dərs
alıb.
“Onlar
danışırdılar ki, Azərbaycanın böyük iman və elm sahiblərini gecə ilə aparıb
ayaqlarına daş bağlayaraq, Xəzər dənizinə atdılar. Bir neçə gündən sonra
onların bədəni şişdiyinə görə dənizin üzünə çıxmışdı, uzaqdan baxanlara elə gəlirdi
ki, dənizdə böyük bir ada əmələ gəlib. Azərbaycanlı alimləri qətlə yetirərkən
onlar bir-biriləri ilə qardaşlıq əqdi oxuyublar, sonra güllələnmək üçün irəli
çıxıblar.
Məşhəd, Nəcəf və
Qum elmi hövzələrində saysız-hesabsız azərbaycanlı ustad-alimlər olub. Bu hövzələrin
bərəkət tapmasında Naxçıvanilərin, Qarabağilərin, İrəvanilərin, Badkubeyilərin,
Lənkəranilərin böyük rolu olub.", - deyə islam alimi bildirib.
Bütün məzlum
xalqlar üçün, eləcə də Azərbaycan xalqı üçün hər gün dua etdiyini söyləyən Ayətullah
Sistani neft və qazla zəngin olduğu üçün böyük dövlətlərin həmişə Azərbaycanda
gözü olduğunu deyib: “Qarabağ problemi də böyük dövlətlərin çirkin bir
oyunudur."
Azərbaycanlı zəvvarlar
İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsində Ayətullah
Sistaninin verdiyi fətvanın böyük rolu olduğunu söyləyib, şəhərin
terrorçulardan azad edilməsinə görə onu təbrik ediblər.
“Mən fətva
verdikdən sonra azərbaycanlılar da çox istəyirdilər ki, İraqa gəlib İŞİD-lə
döyüşlərdə iştirak etsinlər, buna lüzum olmadığını dedim və fətvanın yalnız
iraqlılar üçün olduğunu bildirdim.”, - deyə Ayətullah Sistani sonda əlavə edib.
/ İslamazeri.com