header

 Azərbaycan İslam Partiyası Qüdsdə baş verənlərlə bağlı bəyanat verib

Müsəlmanların müqəddəs məkanının bağlanması ilə əlaqədar AİP etiraz bəyanatı yayıb.

Bəyanatda İsrail hakimiyyətinin hərəkətləri beynəlxalq qanunlara və insan haqlarına həqarət hesab edilir:

“İsrail rejiminin son addımı Qüdsün işğalını davam etdirməklə, həm də fələstinlilərin bu müqəddəs torpaqda yerləşən və son ümidgahları sayılan Əl-Əqsa məscidində ibadət etməyin qarşısını zorla almaqdan ibarətdir.

Bu, işğalçı sionist rejimin heç bir beynəlxalq qanuna məhəl qoymaması, adi insan haqlarının vəhşiliklə pozulması, BMT-nin və başqa beynəlxalq təşkilatların qəbul etdikləri qərar-qətnamələrin qulaqardına vurulması deməkdir.

Dünən qəsbkar rejimin müsəlman qanına susayan əsgərləri müsəlmanların Məscidul-Əksada namaz qılmaq cəhdlərini silahla qarşılamışdır. İbadət əhli məscidin qapısında namaz qılarkən zalım rejimin güclü təzyiqinə tuş gəlmişdir. Qarşıdurma zamanı bir neçə fələstinli öldürülmüş, çoxsaylı insan yaralanmış, ağır xəsarət alanlar vardır.

Artıq bütün dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə məlumdur ki, İsrail qondarma dövləti qədim Fələstin torpaqlarında yaradılmışdır. 1967-ci ildəki 6 günlük müharibədən sonra isə İsrail zəbt etdiyi torpaqlarla kifayətlənməyərək üç dinin - İslam, Xristianlıq və Musəviliyin müqəddəs məkanı Qüdsün işğalını həyata keçirmişdir. ABŞ-ın himayə etdiyi bu qəsbkar rejimin bütün cinayətləri cəzasız qalmışdır. Ayrı-ayrı beynəlxalq təşkilatlarda, problemin ədalətli həllinə çalışan ölkələrin səyləri ilə keçirilən müzakirələrdə işğalçı sionist rejim heç zaman konstruktiv və ədalətli mövqe tutmamaqla fələstinlilərə təzyiqi daha da artırmışdır.

Eləcə iyul ayının 20-də BMT-nin Fələstin Problemi üzrə Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının ( İƏT) və rəsmi Bakının təşkilatçılığı ilə Qüds problemi ilə bağlı keçirilən sayca dördüncü Beynəlxalq Konfransında İsrailin işğalçılığı dilə gətirilməsi ilə Qüdsdə fələstinlilərin ibadət zamanı atəşə tutulması eyni vaxta və bəlkə də eyni saata təsadüf etmişdir. Halbuki Azərbaycanda, onun ayrı-ayrı bölgələrində yəhudi milliyyətindən olan insanlar azad ibadətlə məşğul ola, asudə və hər cür təhlükəsiz həyat sürməyə davam edirlər.

Bakı konfransında və ümumən Qüds problemindən bəhs edən bütün müzakirələrdə dilə gətirilən mühüm fikirlərdən biri, həm də çox mühüm olanı ondan ibarətdir ki, dünyada, xüsusən də müsəlman dünyasında aparılan işğalçılıq siyasətinə son qoyulması, qəsb olunmuş müsəlman ölkələrinin torpaqlarının, Azərbaycanımızın Qarabağ torpaqları da daxil olmaqla azad edilməsi Qüdsün azadlığından sonra mümkündür. Belə olan təqdirdə bəzi müsəlman ölkələrinin bu münaqişələrin ədalətli həllində laqeyd mövqeyi başadüşülən deyildir.

Görünən isə odur ki, müsəlman ölkələrində bəzi sülalələr üçün hakimiyyətdən daha vacib heç nə yoxdur ki, bunu da onlara dünyanın qeyri-müsəlman lider ölkələri və sionizmin özü vəd edir. Biz isə bir daha bəyan edirik ki, Qüdsün azadlığı müsəlman dünyasının azadlığını və gələcək taleyini təmin və müəyyən edən mühüm şərtdir. Bütün sağlam qüvvələr bu müqəddəs məkanın, Fələstin torpaqlarının işğaldan azad olunması uğrunda birləşməli və barışmaz savaş aparmalıdırlar."/ İslaminSesi

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 1:00:29 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap