Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Posted on : qafqaz 10/16/2017 1:00:29 PM
İyulun 21-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Soçi şəhərində görüş olub.
AzərTacın xəbərinə
görə, V.Putin sözünü yeni "Sirius" təhsil mərkəzinin uşaqları ilə
görüşü, bu layihə barədə İ.Əliyevə danışacağı ilə başlayıb.
"Sizinlə həm
bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə
danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil", V.Putin
sözünə davam edib.
RF prezidenti
görüşün bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacağına
ümid etdiyini bildirib.
V.Putin Azərbaycan
və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacaqlarını
vurğulayıb: "Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə
planlarımız var, sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq
imkanına şadam" V.Putin belə deyib.
"Mən də
bizim yeni görüşümüzə çox şadam. Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox
uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls
verir". Xəbərə görə, Prezidenti İlham Əliyev bunu cavab nitiqndə bildirib.
Rusiya ilə
münasibətlərin yüksək səviyyəsindən məmnunluq bildirən İ.Əliyev siyasi,
ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq, nəqliyyat və energetika
sahələrində yaxşı perspektivlər olduğunu söyləyib.
İ.Əliyev bu
münasibətlərin çoxşaxəli olduğunu, həyatın bütün sahələrini əhatə etdiyini nəzərə
çatdırıb. Bununla yanaşı regional, dünya siyasəti, ikitərəfli münasibətlər və
regiondaikitərəfli təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı
məsləhətləşmələrə ehtiyac olduğu vurğulanıb: "Əminəm ki, bu görüşümüz də
dostluq münasibətlərimizin inkişafına yaxşı impuls verəcək."
Xəbərdə deyilir
ki, söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq
əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər.
İkitərəfli
münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf
etdiyi qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, beynəlxalq
və regional problematika ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri
iyulun 22-də başa çatıb.
Xatırladaq ki,
dövlət başçısı İlham Əliyev Rusiayaya işgüzar səfərə iyulun 21-də gedib.