header

 Azərbaycan respublikasında şiələrə edilən təzyiq artmışdır

Azərbaycan respublikasında şiələrə edilən təzyiq artmışdır

Tashaio.com-Bakının apelyasiya məhkəməsində islam partiyasının dustaq rəhbəri Mövsüm Səmədovun Qobustan həbsxanasına aparılması təsdiq edilmişdir. Onun müdafiə vəkili Yalçın İmanovun dediyinə görə Dr. Səmədov müxtəlif bəhanələrlə, o cümlədən həbsxanada namaz qılmaq, digər dustaqlarla mənəvi əlaqə yaratmaq bəhanələri ilə apelyasiya məhkəməsi tərəfindən tam qərəzli bir hökm verilərək 3 il müddətində Qobustan həbsxanasına qalması təsdiq edilmişdir. Beləliklə hacı Mövsüm Səmədov cari ayın 22-də Qobustanın qorxuli həbsxanasına aparılacaqdır. Bundan əvvəl də 12 nömrəli həbsxananın məsulları həbsxanadakı işkafında Quran qabı aşkar edərək 10 gün təcridxanada saxlamışdılar. Səmədovun müdafiə vəkilinin dediyinə görə dustaq Bakının 12 nömrəli həbsxanasına aparıldığı gündən etibarən müxtəlif bəhanələrlə təzyiqə məruz qalmış və təcridxana şəraitində saxlanılmışdır. Mövsüm Səmədov 2011-ci ildə hicabın Azərbaycan respublikası məktəbxanalarında qadağasına dair etirazlı çıxışı nəticəsində yaxalanmış və dövlət çevrilişi cəhdində ittiham edilərək 12 il həbs cəzasına məhkum edilmişdir. Digər tərəfdən isə neçə gün bundan əvvəl bu ölkənin Masallı şəhərində keçirilən bir məhkəmədə höccətülislam vəlmüslimin şeyx Sərdar Hacıhəsənli şəhərin icra başçısının ərizəsi əsasında cümə namazı qıldığına görə 3 il həbsə mhəkum olmuşdur! Onun vəkili feysbuk səhifəsində yazmışdır: hələ şeyxin cümə namazı qıldığına və camaatı ayıltdığına görə üç il həbs cəzası alması bir tərəfdə qalsın, 21-ci əsrdə Azərbaycan respublikası insanların din etiqadına görə həbs cəzası alan yeganə ölkədir. Məhkəmə, şeyx həbsə alınmasa namaz qılmasına davam edəcəkdir- deyə onu həbs etmişdir. Onlar belə fikr edirlər ki, bu işlə insanın etiqadını ondan alacaqlar. Hamının beynindən keçən sual budur ki: özünü islam dünyasının bir hissəsi hesab edən, 2017-ci ili islam həmrəyliyi ili elan edən, islam həmrəylik oyunlarına ev sahibliyi edən Azərbaycan respublikası kimi bir ölkə cümə namazı qılan bir din xadimini qəbul edə bilmirmi?

Azərbaycan respublikasında şiələrə edilən təzyiq artmışdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:29 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap