Bakıdakı ziyarətgahlardan biri ləğv olundu - RƏSMİ
Posted on : qafqaz 10/16/2017 1:00:29 PM
Ümumi yığıncaqda qərar verilib.
Bakıda ziyarətgahlardan birinin dövlət
qeydiyyatı ləğv olunub.
“Report”un xəbərinə görə, Suraxanı
rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahının qeydiyyatı həmin ziyarətgahın
təsisçilərinin 14 iyul 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə ləğv
edilib.
Qeyd edək ki, “Əli qədəmgahı” 8 may
2002-ci il tarixli 111 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdı. / İslamazeri.com